• şənbə, 27 Aprel, 06:47
  • Baku Bakı 12°C

Hikmət Hacıyev Azərbaycan əleyhinə əsassız kampaniya aparan media təşkilatlarını tənqid edib

18.07.18 14:54 456
Hikmət Hacıyev Azərbaycan əleyhinə əsassız kampaniya aparan media təşkilatlarını tənqid edib
"BəzənATƏTməkanında təşkilata üzv ölkələrin ərazisində fəaliyyət göstərən bir sıra təşkilatlar media azadlığı adı altında üzv dövlətlərə qarşı konkret dezinformasiya və təbliğat kampaniyası aparır”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən 15-ci "Cənubi Qafqazmedia konfransı”nda müzakirələr zamanı AzərbaycanXarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
O bildirib ki, belə təşkilatlardan biri də Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsidir.
Konfransda iştirak edən layihə nümayəndəsinə müraciət edən H. Hacıyevqeyd edib ki, bu təşkilat 2017-ci ilin payızında Azərbaycana qarşı "laundromat” adı altında tamamilə əsassız materiallar hazırlayıb: "Həmin materiallarda hər hansı araşdırma və fakt ortaya qoyulmadan Azərbaycan əleyhinə kampaniya aparılıb. Biz bunu bilavasitə "soyuq müharibə” dövrünü xatırladan informasiya kampaniyası kimi qiymətləndiririk”.
XİN sözçüsüATƏTməkanında bu cür media təsisatların fəaliyyətinin təəssüf doğurduğunu vurğulayıb: "Hesab edirik ki,ATƏT-in Media azadlığı ofisi bu cür təşkilatlara üzv ölkələrdə bu kimi fəaliyyət aparmasına imkan verməməlidir. Təəssüf doğuran məqam odur ki, bu cür təşkilatları maliyyələşdirənlər arasındaATƏT-ə üzv ölkələr də var”.
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin nümayəndəsi H. Hacıyevin dediklərinə münasibət bildirməyib.
banner

Oxşar Xəbərlər