Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Öncə Xocalı
soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və foto güşəyə
baxış keçirilib. Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə
Heydər Əliyev Sarayının direktoru Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev geniş
məruzə ilə çıxış edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalısoyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının
törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək
dəhşətlərindən və xocalıların qeyri-bərabər
döyüşdə erməni hərbi birləşmələrinə qarşı igidliklə döyüşmələrindən bəhs edib. Soyqırım qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz
tərəfindən daim əziz tutulduğunu, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı,
dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım
tədbirlərinin düzənləndiyini qeyd edib.
Azərbaycan
tarixində baş verən ən qanlı hadisələrdən birinin canlı şahidləri olan Xocalı
sakinləridə tədbirdə çıxış edərək, erməni silahlı dəstələri tərəfindən
xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc
əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli
işgəncələrə, zülm və təhqirlərə məruz qalmaqlarından danışıblar.
Sonda Xocalı
soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin
vacibliyiqeyd olunaraq, Heydər Əliyev
Fondu tərəfindən xarici auditoriya üçün hazırlanan "Xocalıya Ədalət” (Справедливость для Ходжалы) sənədli filmi nümayiş etdirilib.