AZE | RUS | ENG |

Heydər Əliyev Fondu Vaşinqtonda layihə təqdim edib

Heydər Əliyev Fondu Vaşinqtonda layihə təqdim edib
Azərbaycandakı geniş miqyaslı və çoxşaxəli fəaliyyətləri ilə paralel olaraq Heydər Əliyev Fondu artıq neçə illərdir ki, beynəlxalq səviyyədə qurulan tərəfdaşlıqları artıraraq, müxtəlif xarakterli layihələr gerçəkləşdirməkdədir və belə təşəbbüslərin əhatə dairəsi də getdikcə böyüməkdədir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ötən ildən etibarən ABŞ-ın Merilend Ştatının Montqomeri dairəsində yerləşən və ciddi fiziki və əqli qüsurlu uşaqların təhsil aldığı məktəblərə yönəlmiş xeyriyyə layihəsinə əlavə olaraq cari ildə Heydər Əliyev Fondu tərəfindən ABŞ-da yerləşən bəzi sosial və xeyriyyə yönlü qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi planlaşdırılır. Belə layihələrdən biri ABŞ-ın “Urban Alliance” (Şəhər Alyansı) adlı təşkilatı ilə qurulmuş əməkdaşlığa əsaslanır ki, bu təşkilatın əsas məqsədi ali təhsillərini yenicə tamamlamış gənclərə peşə həyatına aparan yolda təlim və təcrübələr vasitəsilə dəstək olmaqdır.

Bəhs edilən layihəyə start verilməsi münasibətilə “Urban Alliance” təşkilatının Vaşinqton ofisində xüsusi mərasim keçirilib. Mərasimə qatılmış iştirakçılar qarşısında çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə ilk növbədə onlara təmsil etdiyi Fondun məqsəd və məramlarından söz açıb və Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında təşkilatın ildən-ilə artan fəaliyyətləri və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Fondun prezidentinin təhsilə yetirdiyi diqqət və gənclərə göstərdiyi qayğını xüsusilə vurğulayan C.Paşayeva-Seyidzadə bu mənada Heydər Əliyev Fondu və “Urban Alliance” təşkilatının oxşar cəhətlərə malik olduğunu göstərib. “Urban Alliance” təşkilatı ilə birgə layihəyə istinad edərkən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi bu layihənin ilk iştirakçılarının seçiminin Azərbaycanda geniş şəkildə qeyd edilən “8 Mart - Beynəlxalq Qadınlar Günü” ərəfəsinə təsadüf etdiyini və elə bu münasibətlə Fondun dəstəyilə iş təcrübəsi keçəcək birinci 3 iştirakçının layihəyə müraciət etmiş gənc qızlar arasından seçildiyini açıqlayıb. Onun çıxışının ardınca iştirakçılara Heydər Əliyev Fondunun fəaliyyətlərini əks edən qısa film nümayiş etdirilib.

Tədbir iştirakçıları arasında olmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz tərəfindən Heydər Əliyevin Fondunun həyata keçirdiyi fəaliyyətləri və mövcud olduğu illər ərzində əldə etdiyi mühüm nəticələri təqdir edib. Fondun çoxsaylı layihələri arasında qadınların cəmiyyətdəki mövqeyinin güclənməsinə yönəlmiş fəaliyyətləri önə çəkərək, Pakistanda inşa edilmiş qızlar məktəbini misal göstərib və eləcə də “Urban Alliance” təşkilatı ilə birgə layihədən bəhrələnəcək birinci 3 gəncin məhz qızlar olmasının təsadüfi xarakter daşımadığını söyləyib. Səfir E.Süleymanov, həmçinin, bu birgə layihənin iki ölkənin insanları arasında əlaqələrin genişlənməsinə xidmət etdiyini və bu amilin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Bundan əlavə, mərasimdə “Urban Alliance” təşkilatının idarə heyətinin rəhbəri Mari Zients, prezidenti İşuana Smit və strateji tərəfdaşlıqlar üzrə direktoru Meqan Vudberi çıxış edərək, Alyansın apardığı fəaliyyətlər haqqında danışıb, Heydər Əliyev Fondu ilə qurulan əməkdaşlıqla bağlı böyük məmnuniyyətlərini ifadə edib və bu əməkdaşlığın uğuruna inandıqlarını bəyan edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176