AZE | RUS | ENG |

Heydər Əliyev Azərbaycanı yer üzündən silinməkdən xilas etdi

Heydər Əliyev Azərbaycanı yer üzündən silinməkdən xilas etdi
Müstəqilliyimizin ilk dövründə AXC-Müsavat cütlüyünün hakimiyyəti səriştəsiz idarə etməsi, vəziyyətdən öz mənafeləri üçün istifadə etməsi Azərbaycanı parçalanmaq və dünya xəritəsindən yox olmaq halına gətirmişdi.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, AXC-Müsavat cütlüyü Azərbaycan gəncliyini belə öz şəxsi ambisiyaları üçün qurban verirdi:

"Belə bir ağır vəziyyətdə xalq ulu öndər Heydər Əliyevi təkidlə Azərbaycanı xilas etməyə çağırdı. Ulu öndər xalqın təkidli tələbindən sonra Bakıya döndü və qarşısıalınmaz bir məcraya gəlmiş qardaş qırğınının qarşısını aldı, Azərbaycanı parçalanmaqdan, yer üzündən silinməkdən, ayrı-ayrı qrupların hədəfinə çevrilməkdən xilas etdi.

Azərbaycana və xalqa olan sevgisi ulu öndərə qüvvət verdi ki, ölkəni bu bəladan xilas etsin. 1993-cü il 15 iyunda Heydər Əliyev Milli Məclisin sədri seçildi. Xalq ulu öndərə böyük ümid bəsləyirdi və ümidləri reallığa çevrildi, ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, bütün sahələrdə quruculuq işləri başladı”.

Deputat vurğulayıb ki, Bakıya qayıtdıqdan sonra Heydər Əliyev xarici diplomatlarla görüşündə Azərbaycan həqiqətlərinı çatdırdı, ölkəmizi informasiya blokadasından çıxardı, bütün dünya reallıqlardan xəbər tutdu:

"Ümummilli lider xalqımızın rifahı, ölkəmizin hərtərəfli inkişafı üçün konseptual plan hazırladı. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilib, Azərbaycan həqiqətləri artıq bütün dünyada qəbul olunur”.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945