• cümə, 26 Aprel, 12:08
  • Baku Bakı 23°C

Həyat yoldaşından küsən əməkdar artist xəyanətdən danışdı

25.07.14 13:48 1496
Həyat yoldaşından küsən əməkdar artist xəyanətdən danışdı
Xeyli müddətdir ki, həyat yoldaşından küsülü olan əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə müzakirələrə səbəb olacaq status yazıb. Lent.az-ın məlumatına görə, ifaçı “İnstagram” səhifəsində şəkil paylaşaraq fotonun altında “Hər güclü bir kişinin arxasında bir qadın dayanırsa, hər güclü qadının arxasında da xəyanət dayanır”, sözlərini qeyd edib. İfaçının fikirlərinə həmkarları dəstək olublar.
Xatırladaq ki, L.Məmmədovanın həyat yoldaşı Elçin aralarında baş verən anlaşılmazlığa bu cür şərh vermişdi: “Mənim sevdiyim bir ifadə var – Allah heç kimin ağlını başından almasın. Səbəb nə ola bilər?! Təbii ki, şou biznes və Lalənin ətrafında olan şou-biznes nümayəndələri. Amma hələ qəti qərar verilməyib. Boşanmaq üçün rəsmi ərizə ilə məhkəməyə müraciət etməmişəm”.
L.Məmmədova isə suallara övladı dünyaya gəldikdən sonra aydınlıq gətirəcəyini demişdi. Həmin açıqlamadan bir müddət sonra cütlüyün 2-ci övladı dünyaya gəlib. Lakin barışıq hələ də mümkün olmayıb.
banner

Oxşar Xəbərlər