• şənbə, 27 Aprel, 06:02
  • Baku Bakı 12°C

“Həyat bir oyunsa, bizdə jeton yoxdur”

20.09.14 12:51 1397
“Həyat bir oyunsa, bizdə jeton yoxdur”
Türkiyə kinoteatrları yeni mövsümdə maraqlı filmlərlə tamaşaçıları salamlayır. Artıq 2 gündür kinoteatrlarda nümayiş olunan “Stajer mafya” filminin də böyük maraq doğuracağı gözlənilir. Filmin baş rol ifaçısı Naz Elmas Türkiyə mətbuatına filmin böyük maraq doğuracağını və hər kəsin sözügedən filmdən böyük zövq alacağını bildirib. Sadəcə inandığı və yer almaq istədiyi layihələri qəbul etdiyini deyən Elmas Türkiyə mətbuatına çəkildiyi yeni filmindən danışıb. 30 yaşının ona böyük təcrübə qazandırdığını söyləyən aktrisa bu mövsüm TRT 1-də yayımlanmağa başlayacaq “Filintina” adlı filmlə ekranlarda olacağını da qeyd etməyi unutmayıb.
- Naz xanım, rol aldığınız yeni film haqqında fikirlərinizi öyrənmək bizə maraqlı olardı.
- “Stajer mafya” filminin çəkilişləri çox maraqlı və əyləncəli keçdi. Hər kəsi doyunca gülmək və əylənmək üçün kinoteatrlara dəvət edirik. Tamaşaçılardan tək istədiyimiz odur ki, bizim güldüyümüz qədər onlar da gülüb filmdən zövq alsınlar. Bizim üçün çox gülməli və maraqlı film oldu.
Baxmağa dəyər
- Bu filmin digər komediya filmlərindən fərqi nədir?
- Filmi digər filmlərdən fərqləndirən xüsusiyyətləri sizə deyə bilmərəm. Onsuz da bilirsiniz ki, artıq insanlar daha çox tarixi və ya komediya üslubunda hazırlanmış filmləri izləməyi sevirlər. Bu nəinki bizdə, bütün dünyada belədir. Mən özüm də komediya üslubunda çəkilən filmləri çox sevirəm. Ona görə ki, komediya üslubunda çəkilən filmlər çox maraqlıdır. Həmin filmdə insanları güldürməyi bacardığımız üçün insanlara nə isə verə bildiyimizi düşünürəm və xoşbəxt oluram. Komediya mənim özəl həyatımda da üstünlük verdiyim bir şeydir. Bizim filmimiz də günlük həyatın içindən götürülmüş bir hekayədən bəhs edir. Yəni film həyatdan götürülmüş hekayə ilə başlanır və maraqlı hadisələrlə davam edir. Film yaratdığım obrazın atasının qəza nəticəsində xəstəxanaya gəlməsi və orada Lemi Filozofun canlandırdığı xarakterlə tanışlığı ilə başlanır. Filmdəki həm mövzu, həm də xarakterlər çox gülməlidir. Orada özünəməxsus və maraqlı personajlar var. Hər xarakterin içindən başqa-başqa obrazlar çıxır. Öncədən onu deyim ki, çox əyləncəli bir filmdir. Baxmağa dəyər. Filmi oynayarkən biz də çox zövq aldıq. Əslində mənim hekayəni qəbul etməmin ən önəmli səbəbi də bu oldu.
- Sözügedən filmə çəkilməniz üçün dəvət kimdən gəldi?
- Filmin rejissoru Eray Koçakla daha əvvəl “Ustura Kemal” filmində bərabər çalışmışdıq. Həmin rejissorla işbirliyimizin sonunda çox gözəl və maraqlı film ərsəyə gəlmişdi. Eray Koçak məni yeni filmində görmək istədiyini söylədi və mən də bu təklifi eşidəndə çox sevindim. Belə bir layihədə olduğum üçün qürur duydum və təklifi həmin dəqiqə qəbul etdim. “Stajer mafya” filminin ssenaristi Uğur Uludağın qələmindən gözəl hekayələr çıxır. O, ssenariyə özündən də əlavə hekayələr qatmışdı və hesab edirəm ki, bu da filmə öz müsbət təsirini göstərməyi bacardı.
- Filmin tamaşaçılara verdiyi ana fikir nədən ibarətdir?
- İstərdim ki, bu haqda izləyicilərə geniş məlumat verməyim. Film komedik üslubdadır. Onun anlatmaq istədiyi bir mövzu asan bir şəkildə tamaşaçılara çatmayacaq. Bizim sloqanımız belədir: “Həyat bir oyunsa, bizdə jeton yoxdur”.
Çox çalışmışdım
- Bundan əvvəl sizi “Gözəl və çirkin” serialında polis rolunda gördük. Bəs bu layihəni necə qəbul etmişdiniz? Adətən biz sizi zərif qadın obrazlarında görürdük. Burada siz ciddi polis obrazını canlandırırsınız.
- Üst-üstə eyni xarakterləri, eyni ssenariləri oynamaq istəmirdim. Adətən bir –birinə bənzəyən obrazları canlandıranda insan bezir. Ona görə də maraqlı ssenarisi olan film təklifi gözləyirdim. Çox keçmədi ki, belə bir təklif aldım. Bundan bir neçə müddət əvvəl savaş dövründəki bir yunan qızı canlandırırdım. Bu dəfə isə mənə tam ciddi, ağır bir polis obrazı təklif olunmuşdu. Ssenarini oxudum və onu çox bəyəndim. Mənim üçün hər rol bir həyatdır, fərqli bir ruhdur.
- Yəqin ki, polis olmaq üçün bir müddət öz üzərinizdə işləmisiniz?
- Əlbəttə ki, hər bir rol ayrı bir xarakter və ayrı bir hekayədir. Həmin obrazı təhlil edə bilmək və o dövrdəki psixologiyaya girə bilmək serial aləmində çox önəmlidir. Bunun üçün çox çalışmışdım. Misal üçün, ondan əvvəlki rolumda yunan qadınla işləmişdim. Önəmli olan həmin obrazın mədəniyyəti, yemək yeməsi, içməsi, zarafatı necə qəbul edib ona cavab verməsi idi. Polis rolu üçün isə bir polislə danışdım. Ondan polislərə xas olan bütün məlumatları öyrəndim.
- Maraqlıdır, Naz necə bir qadındır?
- Naz göründüyü kimi, hər qadının sahib olduğu özəlliklərə yiyələnən bir qadındır. Hər şeydən öncə Naz xoşbəxtdir. Sahib olduqlarıma görə Allahıma şükür edirəm. Mənə görə heç bir şey təsadüf deyil. İşimə çox önəm verir və üzərimdə diqqətlə çalışıram. Dostlarım, ailəm mənim üçün çox qiymətlidir. Onlarla vaxt keçirmək mənim üçün çox xoşdur.
Böyük bir ailəmin olmasını istəyirəm
- Özünüzə necə bir həyat arzulayırsınız?
- Özümə mehriban ailə, çoxlu övlad arzulayıram. Evliliyə gəldikdə isə, o, öncədən planlaşdırılmış bir şey deyil. Sabah evlənəcəyinə əmin olan adamlar bir saniyənin içində ayrıla bilərlər və ya “heç evlənməyəcəm” deyən insanlar da sabah anidən evlənə bilərlər. Mən də təbii ki, xoşbəxt və böyük bir ailəmin olmasını istəyirəm. Hər şey qismətdən asılıdır.
- Həyatdakı hədəfləriniz nədir?
- Həyatdakı əsas hədəflərim geniş bir layihədə yer almaq, çox xoşbəxt olmaqdır.
- Son zamanlar əcnəbi aktrisa Məryəm Üzərlinin tükənmişlik sindromu keçirdiyini deyirlər. Bir aktrisa olaraq sizcə, bu sindrom nədən yaranır?
- Hər şeydən öncə Məryəm Üzərliyə keçmiş olsun deyirəm. Məncə, kiminsə haqqında danışmaq, heç nəyi bilmədən fikir yürütmək doğru olmaz. Çünki onun nə yaşadığı, nələr hiss etdiyini bilmək iqtidarında deyilik. Ümid edirəm ki, onun vəziyyəti tez bir zamanda yaxşılaşar və bizim sıramıza qayıdar. Məryəm Üzərli bəlkə də çox çalışırdı deyə, bu sahədə tükənmişlik sindromu yaşayır. Allah köməyi olsun.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər