“Həsrət Yolu” yeni layihəyə başladı
"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi "Erməni əsir və
girovluğundan azad edilmiş və itkin düşmüş şəxslərin ailə üzvləri olan məcburi
köçkünlərin sosial vəziyyətinin araşdırılması” adlı layihəsinin icrasına
başlayıb. Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə elan
etdiyi müsabiqəyə təqdim edilmiş və qalib olmuşdur.
Layihənin məqsədi məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət strategiyasına dəstək olmaq üçün erməni əsir və girovluğundan azad edilmiş, həmçinin itkin düşmüş şəxslərin ailə üzvləri olan məcburi köçkünlərin sosial vəziyyətlərini: sağlamlıq, təhsil, məşğulluq, sosial təminat, mənzil şəraiti rakursundan araşdırmaqdır.
Sosial tədqiqatlar nəticəsində əldə olunacaq materiallar əsasında hazırlanacaq təkliflər müvafiq qurumlara təqdim ediləcəkdir.
Layihə pandemiya dövrünün şəraitinə uyğun olaraq 4 ay müddətində Bakı şəhəri, Abşeron, Ağdam və Bərdə rayonlarında həyata keçiriləcəkdir.