• cümə, 26 Aprel, 18:56
  • Baku Bakı 22°C

Həsən Ruhaninin Azərbaycana səfəri başladı

12.11.14 16:02 1369
Həsən Ruhaninin Azərbaycana səfəri başladı
İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri başlayıb
Trend-in məlumatına görə, Həsən Ruhani Bakı vaxtı ilə saat 15:00-da paytaxta gəlib.
H.Ruhaninin səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcəyi nəzərdə tutulub.
İran Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır. Bununla yanaşı, Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında bir sıra sahələri əhatə edən 10 sənədin imzalanacağı gözlənilir.
banner

Oxşar Xəbərlər