AZE | RUS | ENG |

"Hərtərəfli sazişin imzalanması prioritet vəzifə olaraq qalır"

Azərbaycanla yeni hərtərəfli sazişin imzalanması Avropa İttifaqı (Aİ) üçün prioritet vəzifə olaraq qalır.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin rəsmi saytında dərc olunan təşkilatın hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, son il ərzində Aİ və Azərbaycan arasında əməkdaşlıq fəallaşıb: "Son ildə "Tərəfdaşlıq prioritetləri” təsdiqlənib, nəqliyyat və təhlükəsizlik məsələləri üzrə yüksək səviyyədə dialoqlara start verilib, insan hüquqları və əsas azadlıqlar yaxşılaşdırılıb”.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Federika Mogerini qeyd edib ki, Aİ regionda təşkilatın əsas tərəfdaşı olan Azərbaycanla əməkdaşlığı fəallaşdırıb: "Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar həlledici fazaya daxil olur və biz münasibətlərimizin bütün aspektlərinə toxunacaq, və həm Aİ, həm də Azərbaycan vətəndaşlarına xeyir gətirəcək müasir sazişin əldə olunması üzərində səylə işləməyə davam edəcəyik”.

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han, öz növbəsində qeyd edir ki, Avropa İttifaqı Azərbaycanın iqtisadiyyatın şahələndirilməsi və təhsil, kənd təsərrüfatı və kəndlərin inkişafı kimi əsas sahələr də daxil olmaqla, islahatlar üzrə səylərinə böyük dəstək verir: "Tərəfdaşlıq prioritetləri” və Şərq Tərəfdaşlığının "2020-ci il üçün 20 praktiki nəticə”si insanlar arasında sıx əlaqələr, Azərbaycanda əlaqə, idarəetmə və iqtisadiyyatın möhkəmləndirilməsi üçün dəstək də daxil olmaqla bizim gələcək əməkdaşlığımızı müəyyən edir”.

Bundan başqa, hesabatda qeyd olunur ki, Aİ və Azərbaycan, xüsusilə "Tərəfdaşlıq priotetləri” çərçivəsində, ümumi maraqlar və öhdəliklərə tam əməl etməklə qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı davam etdirəcəklər.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN