“Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir”
Birinci
vitse-prezident Mehriban Əliyeva bu əmanətə sahib çıxır və qayğı göstərir
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva daim öz fəaliyyətində
qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin problemlərini
diqqət mərkəzində saxlayıb. Mərhəmətsizlik və laqeydliyin qorxulu anlayışlar
olduğunu, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi
qorumağın vacibliyini dəfələrlə vurğulayan Mehriban ƏliyevaAzərbaycan hərbçilərinin,
Qarabağ müharibəsi əlillərinin, o cümlədən Aprel döyüşlərində sağlamlığını itirən
qazilərimizin, şəhidlərimizin əmanəti sayılan ailə üzvlərinin qeydinə
qalıb. O, hələ 2016-cı ilin 7 aprelində şəhid anaları ilə görüşüb. Heydər Məscidində
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının
qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna onun adından
ehsan verilib. Azərbaycanın birinci xanımı Vətən uğrunda qəhrəmanlıqla həlak
olan, şəhidlik zirvəsinə ucalan, həmçinin yaralanan hərbçilərin ailə üzvləri və
yaxınları ilə söhbət edib, onlaın fikirlərini dinləyib, problemləri ilə
maraqlanıb. Şəhid ailələrinin qayğıları sonrakı dövrdə də Azərbaycanın birinci
vitse-prezidentinin daim diqqət mərkəzində olub, onların bir sıra problemləri
öz həllini tapıb.
Yüzlərlə
Qarabağ qazisi aktiv həyata qayıdıb
Birinci vitse-prezident Mehriban Əliyevanın
tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində
yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi”
layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət
qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu, 2016-cı il
Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər
və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Qarabağ
müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin
davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili
Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin
olunub. Ümumilikdə, layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox
Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam
etdirib.
Vətənin
azadlığı uğrunda canlarından keçən qəhrəmanlar
Bundan başqa, 2018-ci il avqustun 1-də prezident
İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri,
Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi
mərasimi olub. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək
texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə 2019-cu il aprelin 3-də
keçirdiyi görüş də hərbçilərimizə, qazilərimizə göstərilən diqqət və qayğının
daha bir nümunəsidir. O, Azərbaycan dövləti və xalqı üçün hər bir əsgərin əziz,
dəyərli olduğunu vurğulayaraq, əlil hərbçilərimizin sağlamlığının bərpası və
normal həyata qayıtması üçün Azərbaycan dövlətinin bütün lazımi addımları
atdığını, bundan sonra da bu istiqamətdə mühüm işlər görüləcəyini bildirib.
2019-cu il avqustun 18-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
bir qrup məzunu ilə torpaqlarımızın işğalçılardan azad edilməsi naminə həyatından
keçən şəhidlərin işıqlı xatirəsini yad edən Birinci vitse-prezident Mehriban
Əliyeva Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr etdiyini bəyan
edib. Bu barədə rəsmi "İnstagram" səhifəsindəpaylaşım edən
Mehriban Əliyeva Vətənin azadlığı uğrunda canlarından keçən qəhrəmanlar qarşısında
baş əydiyini qeyd edib. Bildirib ki, onların şücaəti, adları Azərbaycan tarixinə
və xalqımızın qəlbinə əbədi olaraq həkk olunub.
Şəhidlər ölməz,
Vətən bölünməz!
2017-ci il iyunun 22-də medianın ictimailəşdirdiyi
bir məqam da Azərbaycan dövlətinin, eləcə də Mehriban xanımın şəhid ailələrinə
qayğı ilə yanaşdığını bir daha sübut edib. Belə ki, 2016-cı ilin aprel döyüşlərində
şəhid olan Xaliq Əzizzadə vaxtilə "Para” BOKT ASC-dən kredit götürüb.
Sonradan şəhidin ailə üzvləri tərəfindən kredit ödənməyib, borc yaranıb.
"Para” BOKT ASC də kredit borcuna görə məhkəməyə müraciət edib. Nəticədə şəhid
ailəsi evini itirmək təhlükəsi ilə üzləşib. Bu məsələ mediada ictimailəşdirildikdən
dərhal sonra Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası
ilə danışıb və bildirib ki, bütün şəhid ailələri, o cümlədən Xaliq Əzizzadənin
ailəsi Mehriban Əliyevanın diqqətindədir. Bunun ardınca şəhid Xaliq Əzizzadənin
banka olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.
2019-cu ilin noyabrında isə Birinci vitse-prezidenti Mehriban Əliyevayanın
tapşırığı ilə şəhid Şaban Cəfərovun ailəsinin "Xalq Bank”da olan krediti ödənib
və buna görə bankda girovda olan mənzili ailəsinə geri qaytarılıb. Bununla
yanaşı, şəhidimizin həyat yoldaşının müalicəsi də təmin olunub. Bu kimi faktlar
çoxdur.
"Bizlərə ən
mükəmməl örnək Mehriban xanımdır”
Azərbaycanda koronavirus pandemiyasına qarşı
mübarizə aparıldığı indiki dövrdə də heç bir sosial layihə Prezident İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindən kənarda
qalmır. Onların tapşırığı ilə bütün həssas qrupların, o cümlədən şəhid ailələrinin
sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır. "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
Birliyinin sədri, aprel şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın
ötən gün mediaya açıqladığı məlumat bunu növbəti dəfə təsdiq edir. S.Orucovanın
açıqlamasından belə məlum olur ki, 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər
Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailələrinin Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciəti
müsbət cavablandırılıb. Onun sözlərinə görə, hər iki ailə uzun müddətdir çətin
şəraitli, qəzalı vəziyyətdə olan evdə yaşayır: "Bizim təşkilata – "Zəfər” Şəhid
Ailələrinə Dəstək İctimai Birliyinə qəza vəziyyətində olan evlərinin təmiri ilə
əlaqədar ünvanlanmış müraciətlə bağlı Heydər Əliyev Fondunun rəhbərliyinə məlumat
verdik. Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə
olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış
sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni
fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək. Hər bir
şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə sayğı
duymağa, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban
xanımdır. "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq, təşkilatımızın
və şəhid ailələri adından göstərilən diqqət və qayğıya görə Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk”.
Şəhid ailələri
bizim baş tacımızdır
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənmillət vəkili Musa Qasımlı deyib ki, koronavirus
pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət
və hökumət qurumlarımızın birinci vəzifəsi vətəndaşın sağlamlığını təmin etməkdir.
Deputatın sözlərinə görə, ilk gündən qəbul edilən düzgün qərarlar nəticəsində
bu istiqamətdə mühüm işlər görülüb, fabrik və zavod, modul tipli xətəxanalar
istifadəyə verilib, avadanlıqlar alınıb, sosial yardım paketləri həyata
keçirilib: "Bütün bunlarla yanaşı, dövlətimiz su təchizatı, yol tikinitisi və
başqa sahələrə də xeyli vəsait ayırıb. Ən çox diqqəti cəlb edən məqam bu ağır şəraitdə
Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial
problemlərinin həllinə xüsusi qayğı göstərməsi, onları öz nəzarətinə götürməsidir.
Bu münasibət şəhid ailələrinin bizim baş tacımız olaraq daim dövlətimizin nəzarəti
altında olduqlarını təsdiq edir, eyni zamanda bu, Mehriban xanımın humanist,
insanpərvər fəaliyyətinin bir hissəsidir. Bir daha təsdiq olunur ki, nə qədər
ağır vəziyyət yaransa belə, dövlətimiz şəhid ailələrini bundan sonra da
unutmayacaq, daim onların yanında olacaq”.
Xalqın
yanında olmaq
Deputat Nəsib
Məhəməliyev ümumbəşəri
bəla hesab olunan koronovirus pandemiyasının dünya iqtisadiyyatına çox böyük zərbə
vurduğunu dilə gətirib. Qeyd edib ki, Azərbaycanda da iqtisadi fəallıq aşağı
düşüb, karantin rejiminin tıtbiq olunduğuna görə bir çox iş yerləri bağlanıb:
"Belə bir vəziyyətdəəhalinin sosial rifah halının yaxşılaşdırılması üçün
Prezidentİlham Əliyevin tapşırıqlarına uyğun olaraqdövlətin həyata keçirdiyi
sosial siyasətlə yanaşı, Birincivitse-prezident Mehriban Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu da çoxsaylı layihələr icra edib. Respublikamızın elə
bir rayonu, bölgəsi, yaşayış məntəqəsi yoxdur ki, Fondun könüllüləri orada
yaşayan tək-tənha, kimsəsiz insanların, imkansız ailələrin yanında olmasın. Ələlxüsus
pandemiya dövründə belə bir həssas təbəqənin ərzağa və digər zəruri mallara
olan tələbatını ödəmək, onların yaşam ümidini artırmaq, xalqın yanında olmaq
çox əhəmiyyətlidir. Təhlillər göstərir ki, COVİD-19 virusu olduqca təhlükəlidir
və ondan heç kim sığortalanmayıb. Hər səhər gündəlik xəbərlərlə tanış olarkən,
bu və ya digər yerlərdə cəmiyyətimizin dəyərli insanlarının virusa yoluxduğunun
şahidinə çevrilirik. Ayrı-ayrı tanınmış insanların, Qarabağ qazilərinin xarici
ölkələrdə müalicəsinin zəruruliyi barədə məlumatlara rast gəlirik. Bütün bu
kimi fors-major vəziyyətlərin, son ümid yerinin bir ünvanı var: Heydər Əliyev Fondu-
Mehriban xanım Əliyeva. Şəhid olan gizirlər Adil Adilzadənin və Teymur
Qasımovun Mingəçevirdə yaşayan ailələrinə bütün məişət təminatı ilə birlikdə
yeni fərdi yaşayış sahəsinin tikilib təhvil veriləcəyi xəbəri söylənilənlərə
daha bir misaldır. Təbii ki, həm bu addım, həm də uzun illər ərzində həyata
keçirilən sosial layihələr, göstərilən diqqət və qayğı, çəkilən əziyyətlər xalqımız
tərəfindən yüksək qiymətləndirilir”.
Uğurlu siyasətin
mərkəzində insan amili dayanır
Sadalanan bütün bu faktlar Azərbaycan Prezidentinin
və Birinci vitse-prezidentin Qarabağ qazilərinə, şəhid ailələrinə göstərdiyi
diqqət və qayğıya bariz nümunələrdir. Hər iki kateqoriyadan olan vətəndaşların
sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bir daha
onu göstərir ki, insan amili dövlət başçısının, onun ən yaxın silahdaşının
uğurlu siyasətinin mərkəzində dayanır.
Rufik
İSMAYILOV