• cümə, 26 Aprel, 16:10
  • Baku Bakı 23°C

Həmvətənimizin Rusiya şəhərində solo konserti olacaq

03.01.18 10:05 1042
Həmvətənimizin Rusiya şəhərində solo konserti olacaq
Moskvada yaşayan həmvətənimiz, Rusiya Televiziyasının Birinci kanalının "Qolos” layihəsinin dördüncü mövsümünün iştirakçısı, gənc vokalçı Emil Qədirov 2018-ci il fevralın 25-də V.S.Rozov adına Yaroslavl Dövlət Gənc Tamaşaçılar Teatrında solo konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, "Sən mənim melodiyamsan” adlı konsert proqramı dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunacaq.
Xatırladaq ki Emil Qədirovun Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva Musiqi Evində, Mərkəzi Alimlər Evində, Xilaskar İsa Məbədində solo konsertləri olub. "Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkə bəstəkarlarının romansları və estrada mahnıları daxildir.
banner

Oxşar Xəbərlər