“Həmişə başqalaşmağı sevirəm” - Həyat söhbəti
Sənət yolu onu azman
sənətkarlarla rast salıb. Bilmədiklərini onlardan öyrənib, bildiklərini teatra
yeni gələnlərə aşılayıb. Ömrünün sıralanan onillikləri teatrdan, kinodan bircə
gün də kənar keçməyib. Bu gün şükranlığının səbəbi də budur. 80 yaşını qeyd edən
Xalq artisti Rafiq Əzimov "Kaspi”yə müsahibəsində hələ səhnə ilə bağlı
arzularının olduğunu dedi.
- 80 yaş sizin üçün nədir, xatirələrin ağır yükü, hələ yaşanacaq illər üçün işlər, yoxsa həyata keçməyən hansısa arzular?
- 80 illik ömrümdə çox maraqlı hadisələrlə qarşılaşmışam. Uşaqlıq illərim müharibə dövrünə düşdüyündən çox ağır keçib. Əzab-əziyyətlə böyümüşəm. 3 yaşım olanda atam əsgərliyə getdi. Anam – çarşablı qadın bizi böyütmək üçün işləməyə məcbur oldu. Demək olar ki, həyatımın gənclik illərindən başlayaraq sənət aləminə məndə böyük maraq vardı. Həmçinin tar çalmağı xoşlayırdım. Xalq teatrında oynadığım rollar məni aktyor olmağa həvəsləndirirdi. Ancaq əksər ailələrdə olduğu kimi, bizim evimizdə də aktyorluq istəyimə qarşı çıxırdılar. «Biz axund nəsliyik, aktyorluq bizə yaraşmaz» deyirdilər. Ancaq mən fikrimdən dönmədim, hətta, xalq teatrında oynadığım «Qatır Məmməd» tamaşasına evimizdəkiləri də dəvət etdim. Artıq atam hərbi xidmətdən qayıtmışdı. Tamaşanın ikinci hissəsində səhnəyə çıxdığım üçün ata-anamın yanında oturub reaksiyalarına diqqət edirdim. Tamaşanın birinci hissəsi bitəndən sonra su içmək bəhanəsi ilə çıxıb səhnə paltarımı geyindim, saqqalımı, bığımı taxdım. Sonra səhnəyə çıxıb Hacı bəy rolunu oynadım. Oyunum bitəndən sonra yenidən valideynlərimin yanına qayıtdım. «Tamaşa xoşunuza gəlirmi? Hacı bəy rolunu bəyəndinizmi?» - deyə suallar verdim. Ata-anam tamaşadan razı qaldıqlarını söylədilər. . Ümumiyyətlə, atamın muğamata, tara böyük həvəsi vardı. O, məni tarzən görmək istəyirdi. Doğulduğum və yaşadığım Vidadi küçəsində görkəmli tarzən Qurban Pirimov yaşayırdı. Onun əlində tar Filarmoniyaya getməsini həmişə iftixarla izləyirdim. Ancaq mən tarzən olmadım, sənədlərimi Teatr İnstitutuna verdim. O vaxt institutda cəmi 33 tələbə oxuyurdu. Biz 22 nəfər də daxil olandan sonra institutun 55 tələbəsi oldu. O vaxt aktyor seçimini Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, Rza Təhmasib kimi azman sənətkarlar həyata keçirirdi. Bizi isə Rus Dram Teatrının baş rejissoru olan Məhərrəm Haşımov qəbul etdi. Çox çətin proses idi. Qəbula yazılanlar da çox idi. Mən adımı 22 nəfərin içərisində görəndə sevincimdən uçmağa qanadım çatmırdı. Çünki o vaxt bizimlə Xalq Teatrında iştirak edən çoxlu istedadlı uşaqlar dil qüsurları olduğundan, instituta daxil ola bilmirdilər.
Həsən Məmmədov, Hacımurad Yegizarov, Elmira Şabanova və gələcəyin tanınmış aktyorları olacaq bir çoxları mənimlə eyni qrupda oxuyurdular. Səhnə danışığı müəllimimiz Əli Zeynalov idi. "Biz burda aktyor yetişdirmirik, istiqamətini göstəririk. Hansı yolla getməyin lazım olduğunu öyrədirik” deyirdi müəllimimiz. Həmin müddətdə 5 tamaşa hazırladıq. Mədəniyyət Nazirliyinin təlimatı ilə Milli Dram Teatrına təyinat alan üç məzundan biri mən oldum. 1962-ci ildən bu teatra vəsiqə aldım. O vaxtdan bu günə qədər – 56 ildir ki, fasiləsiz olaraq bu teatrda çalışıram. 80 il də beləcə gəlib-getdi - sanki illər bir göz qırpımında keçdi.
Bakıya qayıdandan sonra «Ədəbiyyat və İncəsənət» qəzetində tamaşa haqqında sifarişlə yazılmış tənqidi məqaləni oxuyub pərişan oldum. Teatra gələndə həmkarlarımın əlində, direktor Əli İsmayılovun stolunun üstündə də həmin qəzeti gördüm. Onun bir şakəri vardı: haqsız cümlələrin altından qırmızı xətt çəkərdi. Mən səfərlə bağlı xoş təəssüratlarımı ona danışdım və əlimdəki diplomu göstərərək «burdakı imzaların mürəkkəbi hələ qurumayıb» dedim. Bu haqsızlıq o zaman Mərkəzi Komitəyə qədər gedib çıxdı. Amma sonradan tamaşa haqqında müsbət məqalələr də yazıldı. Bu baxımdan, haqsızlıqlar həmişə olub. Yəni aktyor kimi çalışdığım bu illər ərzində haqqımda telekanallarda, radioda verilişlər olub, qəzet-jurnallarda məqalələr, oynadığım tamaşalar haqqında resenziyalar yazılıb. Ulu öndərin imzası ilə Əməkdar artist, Xalq artisti fəxri adlarına, prezident təqaüdünə layiq görülmüşəm. Həmçinin prezident İlham Əliyevin sərəncamı ilə prezident təqaüdü alıram. Bütün bunları fəaliyyətimə görə veriblər. Mən bu gün də fəalam. Bu gün yeganə aktyoram ki, 80 yaşında səhnəyə çıxıram. Yadıma Ağasadıq Gəraybəyli düşür. Onun gözləri görmürdü, ancaq «Natəvan» tamaşasında Qoca Knyaz rolunda səhnəyə çıxıb bütün mizanları dəqiqliklə oynayırdı. Həmçinin Sona Hacıyevanın ahıl yaşda səhnədə necə möhtəşəm oynadığını görmüşəm. Allaha şükür edirəm ki, məni hələ səhnədən ayırmaq istəmir. Bu gün də səhnəyə çıxıram, rollarım var, məşqlərə gəlirəm. Həmçinin Teatr Xadimləri İttifaqında açılan Mustafa Mərdanov adına «Zəfər» studiyasında Hacı İsmayılovla birlikdə Mustafa Mərdanovun «Mənim müasirlərim», «Mənim xatirələrim» əsərləri əsasında tamaşa hazırladıq. Daha sonra Ejen İoneskonun "Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı oynadıq. Rumıniya və Moldova səfirləri də tamaşaya baxdılar və «ola bilər ki, bu tamaşanı öz ölkəmizdə keçirilən festivala dəvət etdik» dedilər.
Söhbətləşdi
Təranə Məhərrəmova
- 80 yaş sizin üçün nədir, xatirələrin ağır yükü, hələ yaşanacaq illər üçün işlər, yoxsa həyata keçməyən hansısa arzular?
- 80 illik ömrümdə çox maraqlı hadisələrlə qarşılaşmışam. Uşaqlıq illərim müharibə dövrünə düşdüyündən çox ağır keçib. Əzab-əziyyətlə böyümüşəm. 3 yaşım olanda atam əsgərliyə getdi. Anam – çarşablı qadın bizi böyütmək üçün işləməyə məcbur oldu. Demək olar ki, həyatımın gənclik illərindən başlayaraq sənət aləminə məndə böyük maraq vardı. Həmçinin tar çalmağı xoşlayırdım. Xalq teatrında oynadığım rollar məni aktyor olmağa həvəsləndirirdi. Ancaq əksər ailələrdə olduğu kimi, bizim evimizdə də aktyorluq istəyimə qarşı çıxırdılar. «Biz axund nəsliyik, aktyorluq bizə yaraşmaz» deyirdilər. Ancaq mən fikrimdən dönmədim, hətta, xalq teatrında oynadığım «Qatır Məmməd» tamaşasına evimizdəkiləri də dəvət etdim. Artıq atam hərbi xidmətdən qayıtmışdı. Tamaşanın ikinci hissəsində səhnəyə çıxdığım üçün ata-anamın yanında oturub reaksiyalarına diqqət edirdim. Tamaşanın birinci hissəsi bitəndən sonra su içmək bəhanəsi ilə çıxıb səhnə paltarımı geyindim, saqqalımı, bığımı taxdım. Sonra səhnəyə çıxıb Hacı bəy rolunu oynadım. Oyunum bitəndən sonra yenidən valideynlərimin yanına qayıtdım. «Tamaşa xoşunuza gəlirmi? Hacı bəy rolunu bəyəndinizmi?» - deyə suallar verdim. Ata-anam tamaşadan razı qaldıqlarını söylədilər. . Ümumiyyətlə, atamın muğamata, tara böyük həvəsi vardı. O, məni tarzən görmək istəyirdi. Doğulduğum və yaşadığım Vidadi küçəsində görkəmli tarzən Qurban Pirimov yaşayırdı. Onun əlində tar Filarmoniyaya getməsini həmişə iftixarla izləyirdim. Ancaq mən tarzən olmadım, sənədlərimi Teatr İnstitutuna verdim. O vaxt institutda cəmi 33 tələbə oxuyurdu. Biz 22 nəfər də daxil olandan sonra institutun 55 tələbəsi oldu. O vaxt aktyor seçimini Ədil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, Rza Təhmasib kimi azman sənətkarlar həyata keçirirdi. Bizi isə Rus Dram Teatrının baş rejissoru olan Məhərrəm Haşımov qəbul etdi. Çox çətin proses idi. Qəbula yazılanlar da çox idi. Mən adımı 22 nəfərin içərisində görəndə sevincimdən uçmağa qanadım çatmırdı. Çünki o vaxt bizimlə Xalq Teatrında iştirak edən çoxlu istedadlı uşaqlar dil qüsurları olduğundan, instituta daxil ola bilmirdilər.
Həsən Məmmədov, Hacımurad Yegizarov, Elmira Şabanova və gələcəyin tanınmış aktyorları olacaq bir çoxları mənimlə eyni qrupda oxuyurdular. Səhnə danışığı müəllimimiz Əli Zeynalov idi. "Biz burda aktyor yetişdirmirik, istiqamətini göstəririk. Hansı yolla getməyin lazım olduğunu öyrədirik” deyirdi müəllimimiz. Həmin müddətdə 5 tamaşa hazırladıq. Mədəniyyət Nazirliyinin təlimatı ilə Milli Dram Teatrına təyinat alan üç məzundan biri mən oldum. 1962-ci ildən bu teatra vəsiqə aldım. O vaxtdan bu günə qədər – 56 ildir ki, fasiləsiz olaraq bu teatrda çalışıram. 80 il də beləcə gəlib-getdi - sanki illər bir göz qırpımında keçdi.
- Siz bu illər ərzində teatrın səhnəsində böyük sənətkarlarla
tərəf-müqabil olubsunuz. İndi o pleyada da yoxdur...
- Şükür edirəm
ki, çox görkəmli sənətkarlarla birlikdə işləmişəm. O vaxt onların hərəsi bir məktəb
idi. Oturduğum bu yerdə Xalq artisti İsmayıl Osmanlı əyləşirdi. Mən onun zərgər
işinə həmişə maraqla yanaşırdım. Mənə ilk dəfə Mehdi Məmmədovun hazırladığı
«Şadlıq sorağında» tamaşasında Leonid Pavloviç rolunu tapşırdılar. Fatma Qədri,
Ağasadıq Gəraybəyli, Həsənağa Turabov ilə tərəf-müqabil oldum. Teatrdakı fəaliyyətimdə
bir-birindən fərqli rollar həvalə olunub mənə. İstər faciə, istər dramatik, istərsə
də komediya janrında müxtəlif xarakterik rollarda çıxış edirdim. Bu
tamaşalardakı iştirakım get-gedə kollektiv içərisində nüfuzumu artırdı, mətbuatda
haqqımda yazılar dərc olundu. 80 illik həyatımda boş vaxtımın olması yadıma gəlmir.
Repertuarda həmişə irili-xırdalı rollarla üzdə olmuşam. Rolun böyük və
kiçikliyinin, xarakterlərin də mənim üçün heç vaxt fərqi olmayıb. Mən həmişə
başqalaşmağı sevirəm. - Yəqin ki, haqsızlıqlarla da üzləşibsiniz. Axı
teatr aləmi də daxili qalmaqallardan kənarda olmayıb.
- Haqsızlıqlar
da çox gördüm. Bir dəfə Həsən Əblucun mənə təqdim etdiyi Ənvər Məmmədxanlının
«Adsız ulduz» əsərini oxudum və bu tamaşada müəllim rolunu bəyəndim. Həsən Əbluc
«Mən də elə bu rolu sənin üçün nəzərdə tutmuşam» dedi. Bu, Həsən Əblucun diplom
tamaşası idi. Mənimlə bərabər tamaşada Hamlet Qurbanov, Amaliya Pənahova,
Hamlet Xanızadə, Eldəniz Zeynalov, Sofya Bəsirzadə tərəf-müqabil idi. Tamaşa çox
maraqla qarşılandı. Bəxtiyar Vahabzadə ilə Nurəddin Rzayev də bu tamaşaya
vurulmuşdular, hər dəfə repertuarda olanda baxmağa gəlirdilər. Moskvadan, Teatr
Xadimləri İttifaqından Tamara Makarova, rumınşünas Azareva gələrək tamaşaya
baxıb çox bəyəndilər və "festivala bu tamaşadan bir səhnə dəvət edərik» dedilər. Ancaq elə oldu ki, 1972-ci ildə
festivala təkcə məni dəvət etdilər. Moskvada kitablarda haqlarında oxuduğum
Mixail Çaryov,Yefremov, Tabakov, Tavstonoqov kimi sənətkarları gördüm, onlarla
bir yerdə festivalda iştirak etdim. Təqdimat keçirildi və mən "Ən yaxşı kino
ifaçısı” diplomuna layiq görüldüm. Otelə gələndən sonra Rumıniya səfirinin mənə
göndərdiyi dəvətnaməni də gördüm. Bu tədbirdə sanki «Hərb və Sülh» filminə
düşmüşdüm. Bütün tanıdığım aktyorlar frakda idilər. Bakıya qayıdandan sonra «Ədəbiyyat və İncəsənət» qəzetində tamaşa haqqında sifarişlə yazılmış tənqidi məqaləni oxuyub pərişan oldum. Teatra gələndə həmkarlarımın əlində, direktor Əli İsmayılovun stolunun üstündə də həmin qəzeti gördüm. Onun bir şakəri vardı: haqsız cümlələrin altından qırmızı xətt çəkərdi. Mən səfərlə bağlı xoş təəssüratlarımı ona danışdım və əlimdəki diplomu göstərərək «burdakı imzaların mürəkkəbi hələ qurumayıb» dedim. Bu haqsızlıq o zaman Mərkəzi Komitəyə qədər gedib çıxdı. Amma sonradan tamaşa haqqında müsbət məqalələr də yazıldı. Bu baxımdan, haqsızlıqlar həmişə olub. Yəni aktyor kimi çalışdığım bu illər ərzində haqqımda telekanallarda, radioda verilişlər olub, qəzet-jurnallarda məqalələr, oynadığım tamaşalar haqqında resenziyalar yazılıb. Ulu öndərin imzası ilə Əməkdar artist, Xalq artisti fəxri adlarına, prezident təqaüdünə layiq görülmüşəm. Həmçinin prezident İlham Əliyevin sərəncamı ilə prezident təqaüdü alıram. Bütün bunları fəaliyyətimə görə veriblər. Mən bu gün də fəalam. Bu gün yeganə aktyoram ki, 80 yaşında səhnəyə çıxıram. Yadıma Ağasadıq Gəraybəyli düşür. Onun gözləri görmürdü, ancaq «Natəvan» tamaşasında Qoca Knyaz rolunda səhnəyə çıxıb bütün mizanları dəqiqliklə oynayırdı. Həmçinin Sona Hacıyevanın ahıl yaşda səhnədə necə möhtəşəm oynadığını görmüşəm. Allaha şükür edirəm ki, məni hələ səhnədən ayırmaq istəmir. Bu gün də səhnəyə çıxıram, rollarım var, məşqlərə gəlirəm. Həmçinin Teatr Xadimləri İttifaqında açılan Mustafa Mərdanov adına «Zəfər» studiyasında Hacı İsmayılovla birlikdə Mustafa Mərdanovun «Mənim müasirlərim», «Mənim xatirələrim» əsərləri əsasında tamaşa hazırladıq. Daha sonra Ejen İoneskonun "Stullar” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı oynadıq. Rumıniya və Moldova səfirləri də tamaşaya baxdılar və «ola bilər ki, bu tamaşanı öz ölkəmizdə keçirilən festivala dəvət etdik» dedilər.
- Kinolarda yaddaqalan rollarınız olub. Bu gün necə,
rejissorlar potensialınızdan lazımı qədər istifadə edirlərmi?
- Yaralı yerimə
toxundunuz. O dövrdən barmaqla sayılası aktyorlar, rejissorlar qalıblar. Hamısı
haqq dünyasındadır. Səməndər Rzayev, Həsən Məmmədov, Eldəniz Zeynalov, Şahmar Ələkbərov,
Hamlet Xanızadə, Hamlet Qurbanov, Həsən Turabov, Həsən Seyidbəyli, Tofiq
Tağızadə… Sağıma baxıram yoxdurlar, soluma baxıram yoxdurlar... Əgər onlar bu
gün yaşasaydılar, Azərbaycan kinosunda nə qədər gözəl filmlər yaranardı. Onlar
böyük istedadlar idilər. Bizim canımızda hələ su var. İstəyirik elə ssenarilər
yazılsın və elə filmlər çəkilsin ki, kino tariximizdə yaşasın. O zaman «Yeddi
oğul istərəm» filmi dünyanın elə bir ölkəsi yox idi ki, orada nümayiş
olunmasın. Film «Sovetskiy Ekran» jurnalının 12-ci nömrəsində ən çox valyuta gətirən
10 filmin içərisində yer almışdı. Tamaşaçılar da «Hanı o filmlər?» sualını verirlər.
Bəli, o filmlər tarixdir. «Arxadan vurulan zərbə»nin adını çəkəndə «yüz dəfə
baxmışıq, yenə də baxırıq» deyirlər. Belə filmlərin sayı çoxdur. Mən 1969-cu ildən kinoda çəkilirəm. Demək
olar ki, hər il filmlərə dəvət alırdım. «Yeddi oğul istərəm», «Xatirələr
sahili», «Qızıl qaz», «Ömrün ilk saatı», "Arxadan vurulan zərbə”, "Sevil”, "Ad
günü” və s. filmlərə çəkildim. «Lider» kanalının "Azərbaycan” redaksiyası tərəfindən
Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Aşıq Molla Cümə, Səməd Mənsur və
Abbasqulu Ağa Bakıxanov haqqında 5 filmə, həmçinin İctimai Televiziyanın
«Qarabağnamə» filmində çəkilmişəm. Rejissor İlqar Nəcəf məni «Buta» filminə dəvət
etdi. Bu film bir çox festivallarda mükafatlar qazanıb. Təəssüf ki, az sayda qalan ahıl aktyorların potensialından
kinoda lazımı qədər istifadə olunmur. Amma kinomuzun gələcəyinə ümidlə baxıram.
Mən optimist adamam. Həmişə «Su gələn arxa bir də gələr» deyərək, o illərdəki
kimi filmlərin çəkiləcəyinə ümid edirəm. İnanıram ki, yenə də elə rejissorlar,
aktyorlar yetişəcək. - Mərhum rus aktyoru Aleksey Batalovun "Tələbəmdən "tamaşalarıma baxmısanmı?”
soruşanda "internetdə baxmışıq” cavabını verirlər” təəssüfünü son müsahibələrinin
birində oxumuşdum. Siz də uzun müddət müəllim kimi çalışıbsınız. İndiki gənclər
sizin nəsil kimi cəfakeşdirlərmi?
- Dövr çox dəyişib.
Dörd nəvəm var – üçü tələbədir, biri isə ali məktəbi bitirib. Onlar imtahana
kompüterlə hazırlaşırlar. Bu vasitələri onların əlindən almaq mümkün deyil. Hər
gün avtobusda gedib-gələndə əllərindəki telefonla məşğul olan gəncləri müşahidə
edirəm. O qədər aludə olurlar ki, başları üzərində dayanan yaşlı adamları belə
görmürlər. Biz isə o zaman kitabxanada gecə-gündüz imtahana hazırlaşardıq.
Zaman fərqlidir. Ancaq deyim ki, gənclərin içərisində də istedadlıları çoxdur.
Çalışmaq lazımdır ki, hər bir sənətdə yaxşılardan olasan. Çünki sənin yaratdıqların bu xalq üçün
qalacaq. - Özünüzə arzunuz nədir?
- Özümə
yalnız cansağlığı arzulayıram. Çünki canın sağlam oldusa, sən səhnədə də,
ekranda da varsan. Demək, sən hələ yararlısan. Xəstələnmək lazım deyil. Tofiq
Kazımov həmişə deyərdi ki, aktyor gərək xəstələnməsin. O xəstələndisə, həm özünə,
həm də sənətimizə ziyandır. Buna görə mən həmişə özümü qorumağa, səhnədə
olmağa, fəal olmağa çalışıram. Sevinirəm ki, jurnalistlər məni unutmur. Dövlət
başçısı mənə şəhərin mərkəzində mənzil hədiyyə edib. Heç vaxt nə titul, nə təqaüd
arxasınca qaçmamışam. Özləri əməyimi qiymətləndirərək mənə təqdim ediblər. Sağ olsunlar!
Övladlarımı yerbəyer etmişəm, nəticəm də var. Canım sağlamdır, sevdiyim işə
gedib-gəlirəmsə, səhnəyə çıxıramsa, bundan artıq mənə nə lazımdır?Söhbətləşdi
Təranə Məhərrəmova