AZE | RUS | ENG |

Həftə sonları Bulvarda rəqs festivalı keçiriləcək

Həftə sonları Bulvarda rəqs festivalı keçiriləcək
Bakı Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda "Baku Soul of Art and Dance” festivalı keçiriləcək.
Trend-in məlumatına görə, festival iyunun 8-də, saat 19.00-da keçiriləcək.
Bu festivalda rəqqaslarımız, gənc mügənnilərimiz, artistlərimiz öz çıxışlarını nümayiş edəcək, bundan əlavə isə bulvarda açıq dərslər keçiriləcək.
Açıq dərslər müxtəlif növ rəqslərdən ibarət olacaq. Bu dərslərə isə istəyindən asılı olaraq hər kəs qatıla bilər. Şəhərimizin sakinlərini və şəhərimizə gələn qonaqlar üçün həftə sonları daha əyləncəli və daha yararlana biləcəyi bir yay mövsümü olacaq.
ARA-nın prezidenti və AGİ-nin ictimai birliyinin idarə heyətinin üzvü Əziz Əzizov bildirib: "Bu cür festivalların və açıq dərslərin keçirilməsində başlıca məqsədimiz rəqs üzrə istedadlı gənclərimizi daha da inkişaf etdirmək, onların bu sahəyə olan həvəslərini daha da genişləndirmək, bununla yanaşı şəhərimizə gələn qonaqlarımızı milli rəqslərimizlə daha yaxından tanış etməkdi.”
16 iyunda davam edəcək konsert proqramı 3-4 saatdan ibarət olacaq. Konsertə bir-birindən fərqli rəqslər və musiqili proqramlar daxildir. İnanırıq ki, bu möhtəşəm çıxışlar sizin zövqünüzə oxşayacaq. Konsertdə istəyindən asılı olaraq bütün rəqs qrupları və gənc müğənnilər iştirak edə bilərlər.
Bundan əlavə keçiriləcək açıq dərslərə istəyindən asılı olaraq hər kəs qatıla bilər. Dərslər Azərbaycan Rəqs Assosiasiyasının peşəkar müəllimləri tərəfindən keçiriləcək.
Siz də həftə sonlarınızı daha əyləncəli və səmərəli keçirmək istəyirsinizsə, konsertlərdə iştirak etməyə və dərslərə qatılmağa dəvətlisiniz!



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9143
GEL 1 1 Gürcüstan larisi 0.609
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1553
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1797
CHF 1 1 İsveçrə frankı 1.716
KWD 1 1 Küveyt dinarı 5.598
TRY 1 1 Türkiyə lirəsi 0.294