• şənbə, 27 Aprel, 04:54
  • Baku Bakı 14°C

Hazırda tıxac müşahidə olunan yollar açıqlanıb

31.01.17 18:37 924
Hazırda tıxac müşahidə olunan yollar açıqlanıb
Hazırda paytaxtın Ziya Bünyadov, Azadlıq, Neftçilər və Tbilisi prospektlərində, eləcə də A.Bakıxanov və S.Vurğun küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Bakı Nəqliyyat Agentliyi bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir. Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib", - deyə məlumatda vurğulanır.
banner

Oxşar Xəbərlər