• şənbə, 27 Aprel, 06:09
  • Baku Bakı 12°C

Hava şəraitinin dəyişəcəyi gözlənilir - Xəbərdarlıq

12.12.14 13:05 909
Hava şəraitinin dəyişəcəyi gözlənilir - Xəbərdarlıq
Dekabrın 14-dən Azərbaycanda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir.
Dekabrın 13-də Bakı və Abşeron yarımadasında Hava şəraitinin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 13-də əsasən yağmursuz Hava şəraiti gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Dekabrın 13-dən 14-nə keçən gecə qərb rayonlarından başlayaraq yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər