Haqqı gözləyən ustad
O, Novruzun
ətri duyulan vaxtda - 1919-cu ilin martında Bakıda doğulmuşdu.İndi
izi-tozu da qalmayan qədim Çəmbərəkənd məhəlləsində.Elə bu qədim məhəllədə
çörəyi dənizdən çıxan, bir çətən külfət yiyəsi Hüseynəli kişinin ocağında
dünyaya göz açmış, on səkkiz körpənin arasında Allahın izniylə qismətinə
xata-bəladan salamat çıxıb yaşamaq səadəti yazılmış yeddi uşağın ən böyüyü
Hacıbaba idi.Taleyin gərdişindən cəmibeşsinif təhsil alıb,
klassik ədəbiyyata, əruza, ilahiyyata dərindən yiyələnməyi, güclü hafizəyə,
qaynar təbə, yüksək hazırcavablığa, bədii-yaradıcı təxəyyül imkanlarına malik
bir insanı başqa cür necə adlandırmaq olar? Maraqlıdır ki, tamam-kamal orta
təhsili olmayan Hacıbaba Hüseynov otuz ildən artıq müddətdə Asəf
ZeynallıadınaBakı Musiqi məktəbində xanəndəlik sənətindən dərs
deyib.
Həyat, doğrudan
da, qəribəliklərlə doludur.Gözünü dünyaya açan gündən qulağı azan səsi,
Quran avazı eşidən, ata nənəsinin arzusuna qalsa din xadimi kimi yetişməli olan
və bütün ömrünü Allah-təalaya etiqadda keçirən, vaxtlı-vaxtında orucunu tutub,
namazını qılan Hacıbabanın vətəndən kənarda ilk səfər etdiyi şəhər məhz Kərbəla
idi.Hacıbaba Hüseynov imam Hüseyn aşiqi, mövlanə Füzuli
vurğunuydu.Və görünür, ulu yaradan bu kişinin halal haqqının qiyməti,
əvəzi olaraq, o çağacan Azərbaycandan kənara bir addım atmamış yetmiş yaşlı
sənətkarı beləcə hörmətə, ehtirama layiq bilmişdi.Söyləyirlər ki, ustad
həmin səfərdən çox-çox illər qabaq elə hey"bircəimam Hüseynin
qəbrini ziyarət eləyib, o müqəddəsin ayaqları altında yatan Füzuli babamla "görüşsəydim”,
heç dərdim olmazdı” deyirmiş.Demə, bu, onun qismətindəymiş.Hələ
üstəlik, İraq səfərinin ardınca Türkiyə, Fransa, İsveçrə, Hollandiya, Belçika
və İrana da yolu düşəcəkmiş xanəndənin.Bütün bunlar sənətkarın yetmişdən
sonrakı həyatının üçiliərzində baş verənlərdi. Daha
sonrasailyarım qalırdı son səfərə. Və builyarımda
xanəndə artıq ayağını kənara atası halda deyildi.Amansız xərçəng öz işini
görürdü.Cəmi bir-ikiiləvvələcən pəhləvan cüssəli görünən
Hacıbaba qəfil başının üstünü kəsdirmiş xəstəlik səbəbindən get-gedə yumağa
dönür, şam kimi əriyirdi.
1992-ci ilin əvvəlində sənətkarın İranda verdiyi
konsertlərdən birində lentə alınmış kadrlardan boylanan da sınıxmış Hacıbabadır.Amma
təsəlliverici məqam da var həmin kadrlarda.Onun oxuması həminki ləngəri,
bəzək-düzəyi və pəsxan ustalığıyla yenə gözəl və təravətlidir.Heç elə
bililüstünə il gəlməyib, qarşındakı da artıq yavaş-yavaş
ürək-tənəffüs yolundakı problemdən əziyyət çəkən Hacıbaba Hüseynov
deyil.Və o da maraqlıdır ki, bu minvalla ömrünün axır günlərinəcən
oxudu.Hərçənd İrandan sonra onun güzarı daha heç bir ölkəyə
düşmədi.Gərək ki, həmin arada onun dövlət səviyyəli tədbirlərdə və
radio-televiziyada çıxışı da olmadı. Hacıbaba müəllimi son aylarda, demək olar,
yalnız Bakı kəndlərindəki toylarda görə bilərdin.Arada get-gedə yoxa
çıxmaqda olan, şükürlər ki, son illər yenidən saya-sanbala minmək istəyən mağar
toylarında.O toylarda ki, xanəndə qırx ildən artıq yol keçmişdi,
neçə-neçə ustadlar görmüşdü. Mütəllim Mütəllimovun, Yaqub Məmmədovun ifasına
vurulmuşdu, Seyid Şuşinskinin tilsiminə düşmüşdü, Zülfü Adıgözəlovun yanğı və
ustalığına, Xan Şuşinskinin təkrarsız şirin səsinə heyran
qalmışdı.Bəzilərinin nəzərində təhsil ala bilmədiyindən savadsız
sayılacaq Hacıbaba əslində istedadına və öyrəndiklərinə görə yaradandan sonra
məhz bu toylara, adını çəkdiyimiz və çəkmədiyimiz sənətkarlara borclu
idi.Bu böyük ustadın yetişməsində, ortaya çıxmasında, milyonların
sevimlisinə çevrilməsində Əhməd Bakıxanovun, Cahangir Cahangirovun, Bəhram
Mansurovun, Əhsən Dadaşovun, Sara Qədimovanın və başqalarının əməyini qeyd
etmək gərəkdir.Ümumiyyətlə, Hacıbaba Hüseynovun bəxti gətirmişdi desəm,
məncə, yanılmarıq.Doğrudur, o uşaqlıqdan böyük ailələrini saxlamaq üçün
atasına kömək durmuşdu.Hələ bərkiməmiş can-cəsədini ağır yük altına
vermişdi.Əvvəl-əvvəl pudluq daşlardan yapışmışdı və vaxtından qabaq
böyüyüb, güclənib, kişiləşmişdi.
Sonrasa məşhur "Pariskommunası”adınazavodda
tornaçı işləmişdi.Və məhz həmin peşənin hesabına gənc, sağlam cüssəli
gələcək xanəndə müharibə başlayanda cəbhəyə yollanmamışdı.O, öz işinin
yüksək peşəkarı kimi "bron” olunaraq arxa cəbhədə saxlanmışdı. Axı döyüşən ordu
üçün silah-sursat hazırlayan zavodda onun işi vacibdən vacib idi: Hacıbaba
iyirmi dörd yaşında, müharibənin qızğın çağında sevib-seçdiyi Mehparə xanımla
ailə qurdu.Bu ailənin təməli möhkəm, ömrü uzun oldu.Düz
əlliilonlar bir damın altında yaşadılar, mehriban, firavan ömür
sürdülər.Atalı-analı bəxtəvər günləri xatırlayan sənətkarın qızı Sədaqət
Hüseynova deyir ki, ağa (atasını nəzərdə tutur - S.E.) ağırtaxta, zabitəli
kişiydi: "Bir sözü iki olmazdı, nə evdə, nə də kənarda.Xasiyyəti eləydi
ki, həradamevimizə ayaq basa bilməzdi.Söhbət sənət
adamlarından gedir ha.Deyərdi ki, tam, dürüst adam, dost tapmaq çətindir.Bu
dünya etibarsızlarla doludur.Təsəvvür edin, qoca vaxtında belə, evimizə
gələn tələbələrinin, sənət dostlarının qarşısına çay-çörəyi anam yox, mən
qoyardım.Bazar-dükan və sair işlərdə nə mən, nə də anam çöl-bayır
tanımamışıq.Heç orta məktəbi axıracan oxumağa da qoymadı ki, qız uşağı
evdə otursa yaxşıdır.Sonra da tez ailə qurdum, bir sənət, peşə seçməyə
vaxt tapmadım...Ölümdən qorxmurdu, həranəcəlin yetişəcəyinə
hazırıydı."Ay ağa, Allah eləməsin, sənə bir şey olsa, biz neylərik”
deyəndə, gülə-gülə qayıdırdı ki, necə yəni Allah eləməsin, elə o qurban olduğum
eləyir də.
Üstəlik, "hamı özünü fikirləşir, heç gör məni düşünən var”
deməklə zarafatından qalmırdı.Ağanın üç yüzdən artıq qəzəli, müxəmməsi,
təxnisi yadigardı.Uzun illər bircəciyi belə çap olunmasa da, onların
xeylisi hələ sağlığındaykən xanəndələrin dillərinin əzbəriydi.Özü isə
yazdıqlarını tək-tük halda oxuyurdu.Ağanın vəsiyyətinə əsasən,
əlyazmaların hamısını Rafael Hüseynova vermişik.Rafael müəllim sağ olsun,
onun sayəsində Hacıbaba Hüseynovun sanbalı bilindi. Qəzəllərinin kitab halında
çapının yükünü boynuna götürdü…Çoxları inanmaz, ağa evdən kənarda
gecələməyi sevmədiyindən rayonlardan toy sifarişi götürmürdü.Yalnız ildə
bir-iki dəfə Salyana gedirdi.Orda onu məxsusi hörmətlə qarşılayan,
sevənlər varıydı deyə, xahişlərini yerə salmırdı."Kişi gecə evdə
arvad-uşağının yanında olmalıdır” - bu onun şüarıydı."Qara tellər” və
aşıq Alının "Nə qaldı” mahnısını evdə elə gözəl oxuyardı ki...Atam
olduğuna görə demirəm, vallah, o, çox böyük sənətkarıydı, Allah
vergisiydi.Kiçik qızım xanəndəlik üzrə təhsil alıb.Görünür,
rəhmətliklərə - babasına və xalam Sara Qədimovaya çəkib...”
Bir qəzəli var,
sanki həyatının tərcümanıdır:
Hüsnünün şövqü
kimi mehrdə mah olmaz imiş,
Baxıb ol
ayinəyə etməmək ah olmaz imiş.
Hələ də Hacı
gedir dərsi-dəbistan oxuya,
Çalışıb hər
oxuyan Molla Pənah olmaz imiş.
Xanəndə ilə
uzun illər dərs prosesində, toy-düyündə yoldaşlıq etmiş tarzən Valeh Rəhimov və
kamança ustası Mirnazim Əsədullayev (eyni zamanda qastrol səfərlərində onu
müşayiət edib-S.E.)Hacıbaba Hüseynovun istər tələbələrlə işinə, istərsə
də konsert, teleçəkiliş və toy məclislərinə necə məsuliyyətli münasibətindən
danışdılar.Sən demə, üçlüyün müşayiətilə xanəndəliyinin xeyir-duasını rəhmətlik
Zülfü Adıgözəlov veribmiş...
Hacıbaba
müəllim ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış.Həmin
gün bəstəkar Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən Əhsən
Dadaşovun və kamançaçalan Fərhad Dadaşovun müşayiətilə "Zabul”, "Rast” və "Şur”
muğamlarını oxuyub.
Sənətkarın ən
böyük təbliğatçılarından biri Rafael Hüseynovdur. Haqqında bir neçə dəfə
mətbuatda yazılarla çıxış edib, "Ocaq başı” sənədli filminin ssenari müəllifi,
70 illik yubiley gecəsinin aparıcısı olub.
Aradan illər
ötdü və yalnız yetmiş yaşının bircə addımlığındaykən Hacıbaba Hüseynov qısa
fasiləylə əməkdar və xalq artisti fəxri adlarına layiq görüldü. Üstündən dörd
il yarım keçdi. Daha dəqiqi, 1993-cü il oktyabrın 24-ü idi. Hacıbaba müəllim
tanrı əmanəti canını tapşırdı. Amma gedən tək cismi deyildi, illər boyu
çinədanına yığdıqlarını da özüylə aparırdı...
Bu qala bizim
qala,
Həmişə bizim
qala.
Tikmədim özüm
qalam,
Tikdim ki, izim
qala.
Vaqif
Mustafazadənin "Bayatı Şiraz” kompozisiyasında oxuduğu məlum bayatısa onu yazan
Xudu Məmmədov da daxil olmaqla bu üç insanın ölməzliyi barədə bizim üçün
təsəllidir.
Seymur Elsevər