AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hacıqabulda avtomobil yolunun tikintisinə 4,9 milyon manat ayrılıb

Hacıqabulda avtomobil yolunun tikintisinə 4,9 milyon manat ayrılıb

Siyasət
17 Fevral 2020, 17:57 1247
Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunun Hacıqabul-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.