AZE | RUS | ENG |

Gürcüstan prezidenti azərbaycanlı din xadimləri ilə görüşüb - Fotolar

Gürcüstan prezidenti azərbaycanlı din xadimləri ilə görüşüb - Fotolar
Qiorqi Marqvelaşvili: “Zərif cinsə qarşı kobudluq və xoşagəlməz hadisələrin qarşısını almaq üçün dövlət rəsmləri ilə ruhanilərin proqramlı şəkildə birgə işləməsi müsbət nəticə verəcək”


Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili müxtəlif dinlərin rəhbər və nümayəndələri ilə görüş keçirib. Bu barədə “Kaspi”yə məlumatı Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Hacı Ramin İgidov verib. O, bildirib ki, görüşdə söhbətin əsas mövzusu “Qadın zorakılığı və ona qarşı haqsızlıqla mübarizə" barəsində din xadimlərinin fikrini öyrənmək və təkliflərini dinləmək olub. Ölkə Prezidenti çıxışı zamanı qeyd edib ki, bir çox dünya dövlətləri ilə yanaşı, Gürcüstanı narahat edən bu məsələ barəsində müzakirə aparmaqda əsas məqsəd zərif cinsə qarşı kobudluq və xoşagəlməz hadisələrin səbəblərini araşdırmaqdır. Q.Marqvelaşvili onu da əlavə edib ki, bu istiqamətdə üzə çıxan çatışmazlıqların həllinə çalışmaqdan ötrü dövlət rəsmləri ilə ruhanilərin birgə proqramlı şəkildə işləməsi müsbət nəticə verəcək.
Müxtəlif dinləri təmsil edən din xadimləri belə hadisələrin qarşısını almaq üçün ictimaiyyətdə, kütləvi informasiya vasitələrində, eyni zamanda təhsil və ibadət ocaqlarında, sıravi vətəndaşlar arasında davamlı maarifləndirmə aparmanın vacib olduğunu qeyd edərək, birgə əməkdaşlıq barədə razılığa gəliblər.

Rufik İSMAYILOVFotolar"> Fotolar"> Fotolar">

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056