Gürcüstan kinoteatrları rus dilində olan tamaşaların nümayişindən imtina edib

Gürcüstan kinoteatrları rus dilində olan tamaşaların nümayişindən imtina edib

Mədəniyyət
24 İyun 2019, 10:00 282
Gürcüstanda fəaliyyət göstərən "Savea” və "Amirani” kinoteatrlar şəbəkəsi rus dilində olan bütün tamaşaların nümayişini dayandırıb.
AZƏRTAC xəbər verir ki, şəbəkəyə daxil olan kinoteatrlar rus dilində olan bütün seanslardan imtina edib.
Bu barədə Kinoteatrların İnformasiya mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırda heç bir mədəniyyət ocağında rus dilində tamaşa göstərilmir.