AZE | RUS | ENG |

"Gürcüstan ilə Azərbaycan arasındakı münasibətləri pozmaq mümkün deyil"

"Gürcüstan və Azərbaycan arasındakı münasibətləri pozmaq mümkün deyil".
"Report" xəbər verir ki, bunu jurnalistlərə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili deyib.
"Çoxəsrlik əlaqələrimiz var. Heydər Əliyev və Eduard Şevardnadze bunu inkişaf etdirib, onlar birlikdə bu regionu inkişafa aparıblar, biz də bu istiqamətdə işləməyə davam edirik", - keçmiş prezident bildirib.
Gürcüstanın sabiq prezidenti iki ölkənin münasibətlərinin ümumi maraqlara söykəndiyini vurğulayıb.
"Biz strateji tərəfdaşlarıq. Regionu yalnız xalqlarımız üçün yox, həmçinin regiondan kənarda da çiçəklənməyə imkan verən istiqamətdə inkişaf etdiririk", - G.Marqvelaşvili söyləyib.
Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən keçmiş prezident bildirib ki, Gürcüstan hər zaman münaqişənin sülh yolu və beynəlxalq hüquq əsasında nizamlanmasını dəstəkləyir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775