• şənbə, 27 Aprel, 05:28
  • Baku Bakı 14°C

Günel Məhərrəmova özünə baxıb utandı - Fotolar

09.06.14 14:43 2023
Günel Məhərrəmova özünə baxıb utandı - Fotolar
“Kaspi qlobal” prodakşnın təşkilatçılığı ilə ATV telekanalında nümayiş olunan “Alma almaya bənzər” verilişinin bu həftəki qonağı müğənni Günel Məhərrəmova oldu. Həmin verilişdə tanınmış sənətçilərin, sevimli şou-biznes nümayəndələrinin digər məşhurlara bənzəyən yeni imici insanları təəccübləndirib.
Kaspi.az-ın məlumatına görə, ötən həftə Günel Məhərrəmova həmin layihədə məşhur türk ifaçısı Emel Müftüoğlunun “Hovarda" mahnısını ifa edib.
Emel Müftüoğlunun obrazını yaradan Günel Məhərrəmova bizimlə söhbətində obrazına görə utandığını deyir: “düşünmürdüm ki, yaradıcı heyət mənə belə bir obraz təklif edərlər. Bu mənim üçün gözlənilməz oldu. Belə bir obraza çəkiləcəyimi biləndə tərəddüd etdim, ancaq layihənin prodüseri Vasif Ayan saqqızımı oğurladı. Deyirdim ki, ölərəm, bu obrazı yaratmaram, ancaq oynadım. Ona görə də gərək həyatda heç vaxt heç vaxt deməyəsən. Bu obrazda çox utanıram və özümü heç zaman bu stildə təsəvvür etməmişdim. Əgər yolda bu geyimdə insan görsəydim onun halına acıyardım. Yəqin ki, tamaşaçı bizi başa düşər”.
Qeyd edək ki, verilişin aparıcısı Nərgiz Mahmudzadə, redaktoru Sənan Əlləz, rejissoru Elnaz Əbluc, prodüseri Vasif Ayan, montajçısı Ətrabə Babayeva, operatoru isə Ruslan Ağazadədir.
Xəyalə RəisFotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">
banner

Oxşar Xəbərlər