• şənbə, 27 Aprel, 05:43
  • Baku Bakı 14°C

Günay Musayeva müxbir oldu

08.08.14 18:47 1445
Günay Musayeva müxbir oldu
Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva xoş xəbərləri ilə həmyerlilərini sevindirir.
Anspress-in məlumatına görə, model yeni mövsümdən etibarən “Kral TV”də yayımlanacaq verilişinin çəkilişlərinə start verib. Bu barədə sosial şəbəkə vasitəsi ilə xəbər verən Günay aparıcılıq ilə yanaşı müxbirlik də edə biləcəyini deyib. G. Musayeva ilk efiri üçün Türkiyənin məşhur modelyerləri Çidəm Akın, Yıldırım Mayruk və digərlərindən reportaj hazırlayıb.
Çəkiliş zamanı kameralara çəkilmiş şəkilləri İnstagram səhifəsində paylaşan model “Atam kimi sevdiyim və qızı kimi münasibət gördüyüm Yıldırım Mayruk, nə yaxşı ki, sizi tanımışam. Söhbətimiz çox maraqlı alındı".
Çidəm Akın ilə olan şəklinə isə "Yaxın dostum, gözəl libaslarımın müəllifi Çidəm Akından yeni verilişim üçün müsahibə aldım” yazaraq fikirlərini bildirib.
banner

Oxşar Xəbərlər