• cümə, 26 Aprel, 18:57
  • Baku Bakı 22°C

Gülüstanda “Türkün gəlişi” adlı qala-konsert

31.05.19 18:17 637
Gülüstanda “Türkün gəlişi” adlı qala-konsert
Özbəkistanın Gülüstan şəhərində Azərbaycan müğənnilərinin iştirakı ilə "Türkün gəlişi” adlı qala-konsert keçiriləcək. Özbəkistanda Azərbaycan Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Əməkdar artist Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov çıxış edəcəklər. Mərkəzdən "Kaspi”yə verilən məlumatda bildirilir ki, həmçinin "Azərbaycan qızları” rəqs qrupunun çıxışı nəzərdə tutulur.
Əlişir Nəvai meydanında keçiriləcək konsert saat 18.00 da başlayacaq. Giriş pulsuzdur.
banner

Oxşar Xəbərlər