AZE | RUS | ENG |

Görkəmli vokal ifaçısı Firəngiz Əhmədovanın xatirəsi anılacaq

Görkəmli vokal ifaçısı Firəngiz Əhmədovanın xatirəsi anılacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti tədbir Xalq artisti Firəngiz Əhmədovaya həsr olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, görkəmli müğənninin anadan olmasının 90 illiyi münasibətilə təşkil ediləcək tədbir çərçivəsində dahi bəstəkar Ü. Hacıbəylinin "Arşın mal alan” operettası nümayiş ediləcək.

Qeyd edək ki, lirik-dramatik soprano səs tembrinə malik müğənni 1950-1970-ci illərdə Akademik Opera və Balet Teatrının səhnəsində uğurla çıxış edib. O, Üzeyir Hacıbəyovun "Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin "Şah İsmayıl”ında Gülzar, "Nərgiz”də Nərgiz, Fikrət Əmirovun "Sevil”ində Sevil və başqa partiyaların mahir ifaçılarından olub. Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqimizin inkişafında mühüm xidmətləri var. Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. F. Əhmədova opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapıb, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olub.

Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazları Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olub. Opera sənətində yüksək uğurlar əldə edən unudulmaz ifaçı, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000