• çərşənbə axşamı, 19 mart, 13:41
  • Baku Bakı 8°C

“Gəzən kitabxana“ bu dəfə Qazaxda

23.05.13 09:46 1668
“Gəzən kitabxana“ bu dəfə Qazaxda
Bu dəfə yolunu Qazaxdan salan səyyar kitabxana burada qazaxlı kitabsevərləri ətrafına toplayıb.
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, kitabsevərləri sevindirən “Gəzən kitabxana” bu dəfə yolunu Qazaxdan saldı. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının dəstəyi ilə təşkil olunan “Gəzən kitabxana”nın növbəti ünvanı Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı olub.
İnstitutun tələbə heyəti ilə yanaşı, professor və müəllim heyəti də kitablara böyük maraq göstəriblər. Layihə çərçivəsində səyyar kitabxana digər rayonlara da səyahət edəcək. Səyyar kitabxana növbəti günlərdə Qazax rayonunun müxtəlif bölgələrində müxtəlif mövzularda kitabları təqdim edəcək.
banner

Oxşar Xəbərlər