• şənbə, 27 Aprel, 05:58
  • Baku Bakı 14°C

Gənclərimiz xaricdə hansı ali məktəblərdə təhsil ala bilər?

12.02.14 15:46 1350
Gənclərimiz xaricdə hansı ali məktəblərdə təhsil ala bilər?
2014/2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil alması məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil prioritet ixtisas istiqamətlərinin siyahısı təsdiq olunub.
Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
O bildirib ki, yeni siyahı Azərbaycan prezidenti yanında Təhsil məsələləri üzrə Komissiya sədrinin 10 fevral 2014-cü tarixli sərəncamı təsdiqlənib. Yeni siyahıya əsasən 2014/2015-ci tədris ilin azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək hüququna malik olacaqlar.
Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günədək 2612 gənc dünyanın aparıcı ali təhsil müəssisələrinlə təhsil almaq hüququ qazanıb, 600 gənc təhsilini başa çatdırıb. 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barədə müsbət qərar qəbul edilib.
banner

Oxşar Xəbərlər