• cümə, 26 Aprel, 21:13
  • Baku Bakı 22°C

Gəncə cinayətinin iştirakçılarından 11 nəfər tutulub, 1 nəfər məhv edilib

13.07.18 09:55 586
Gəncə cinayətinin iştirakçılarından 11 nəfər tutulub, 1 nəfər məhv edilib
Gəncədə cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib.
Baş Prokurorluq,Daxili İşlər Nazirliyivə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində iki polis zabiti şəhid olub. Bu cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində dövlət başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən olunubvə tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.
Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovunda gizləndiyi yer müəyyən edilibvə o, keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.
Məlumatda qeyd olunub ki, görülən işlərin gedişi barədə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər