AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənc müğənni hirsləndi: “Hamilə deyiləm!”

Gənc müğənni hirsləndi: “Hamilə deyiləm!”

Mədəniyyət
07 Noyabr 2013, 13:07 1021
Ötən gün bəzi saytlarda müğənni Bahar Lətifqızının ana olmağa hazırlaşması haqda xəbərlər yayılıb. Məlumatlarda bildirilir ki, xanım sənətçi xeyli kilo alıb və son günlər əksər tədbirlərdə geniş geyimlərdən istifadə edir. Hətta artıq çəki o qədər çox nəzərə çarpır ki, müğənninin hamilə olduğunu da düşünmək olar.

Yayılan xəbərlərlə bağlı müğənni “Kaspi”yə açıqlama verdi. O bildirdi ki, bu xəbərlər tamamilə əsassızdır: “Mənim jurnalistlərə hər zaman hörmətim var. Hətta deyirəm ki, qızımın da jurnalist olmasını istəyərdim. Bunu zaman göstərəcək. Haqqımda bu cür yalan məlumatın yayılmasını istəməzdim. Amma mən ana olmağa hazırlaşmıram. Mənim evimdə qız böyüyür və onun tərbiyəsi ilə məşğulam. Şəkillərdə kök düşməyimə gəlincə, bunun mənim ana olmağımla əlaqəsi yoxdur. Hər bir xanım müəyyən qədər kilo ala bilər. Mən hazırda arıqlamaq üçün pəhriz saxlayıram. Demək olar ki, bir çox yeməklərdən imtina etmişəm. Ana olmağa hazırlaşan xanımın pəhriz saxlaması sizcə nə dərəcədə düzgündür?”

Xəyalə Rəis