• cümə, 26 Aprel, 21:50
  • Baku Bakı 22°C

Gənc bəstəkarların əsərlərindən ibarət “Gəncliyin səsi” adlı konsert keçirilib

16.02.18 09:40 1017
Gənc bəstəkarların əsərlərindən ibarət “Gəncliyin səsi” adlı konsert keçirilib
14 fevral tarixində Azərbaycan Televiziyasının Mədəniyyət kanalının təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan "Gəncliyin səsi” adlı gənc bəstəkarların əsərlərindən ibarət konsert uğurla baş tutub.
Trend-in məlumatına görə, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq sinfinin tələbə və məzunlarının əsərlərinin təqdimatı musiqi ictimaiyyəti tərəfindən böyük rəğbət və maraqla qarşılanıb.
Gecənin əvvəlində Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış edərək ölkə rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Həmçinin bu tədbirin məhz Azərbaycan Televiziyası üçün əlamətdar bir günə təsadüf etməsini qeyd edərək, Televiziyanın da gənclərə olan böyük dəstəyindən danışıb: "Bu gün çox əlamətdar, tarixi bir gündür - Azərbaycan Televiziyasının 62, Mədəniyyət kanalınln 7 illiyidir. Bu münasibətlə, mən bütün həmkarlarımızı, mədəniyyət sahəsində fəaliyyət göstərən əməkdaşları təbrik edirəm. Ümummilli lider Heydər Əliyev Azərbaycan Televiziyasını Azərbaycan xalqının milli sərvəti adlandırırıb. Həqiqətən milli ənənələrimizin qorunmasında, mədəniyyətin bütün sahələrinin milyonlarla tamaşaçıya çatdırılmasında, təqdim və təbliğində Azərbaycan Televiziyasının Mədəniyyət kanalının layiqli xidməti var. Mədəniyyət kanalının 7 il öncə yaradılması ilə ölkə rəhbəri cənab İlham Əliyev Mədəniyyət xadimlərinə bütövlüklə milli mədəniyyətimizə böyük bir töhvə verib. Ölkəmizin mədəni-siyasi həyatındakı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan Televiziyasının Mədəniyyət kanalı davamlı fəaliyyət göstərir. Bu münaibət ilə bir daha sizi təbrik edirəm. Bildiyimiz kimi, Azərbaycan bəstəkarlıq məktəbi 20-ci əsrin əvvələrində yaradılıb. Böyük mütəfəkkir alim, həqiqi sənət korifeyi, dahi Üzeyr bəyin uzaqgörənliyi nəticəsində illərlə Azərbaycan musiqisinə, müxtəlif əbədiyaşar bəstəkarlar öz töhfələrini verib. Bu yaxınlarda 100 illik yubileyini qeyd etdiyimiz görkəmli bəstəkar Qara Qarayevin həyat yolu və yaradıcılığında onun pedaqoju fəaliyyəti mühüm yer tutur. Mədəniyyətinmizin inkşafında onun yetişdirdiyi tələbələrin demək olar ki, hamısı xalqına öz töhfəsini verib. Bu gündə bu ənənə Baki musiqi Akademiyasında qorunub saxlanılır. Ölkəmizdə gənclərə diqqət və qayğı hər zaman ümumilli lider Heydər Əliyevin əsas prioritetlərindən olub. Bu gündə bu siyasət uğurla davam etdirilir. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən istedadlı gənclərə mütəmadi olaraq, fərdi prezident təqaüdlərinin verilməsi, Azərbaycan hüdudlarından kənarda onların təhsil alması, eyni zamanda, Heydər Əliyev Fondunun təşkili və dəstəyi ilə keçirilən irimiqyaslı tədbirlərdə gənclərə böyü imkanlar yaradılması tarixi faktdır. Onuda qeyd etmək lazımdır ki, Azərbaycan Televiziyasında yayımlanan muğam telemüsabiqəsi neçə-neçə istedadlı xanəndələri üzə çıxartdı, onuda qeyd etməliyik ki, ökəmizin Birinci vitse prezidenti, çox hörmətli Mehriban xanım milli muğam sənətinə hər zaman məxsusi qayğı ilə yanaşır. Azərbaycan incəsənət nümunələri bu gün dünyanın inkşaf etmiş ölkələrində təqdim olunur. Bunların hamısı ölkə rəhbərliyinin mədəniyyətə göstərdiyi qayğının, verdiyi dəyərin bariz nümunəsidir. Bu musiqili gecə bizim gənc bəstəkarlar üçün tarixi bir gündür. Hər bir bəstəkar üçün onun əsərinin ifası və geniş kütləyə çatdırılması,xoşbətlikdir. Tarixi bir sənət ocağı olan bu yerdə, Üzeyr bəyin adını daşıyan Dövlət simfonik orkestrin müşayiəti ilə təşkil olunmuş konsert proqramında biz bu gün gənclərin yazdığı yeni simfonik əsərləri dinləyəcəyik. Bu tədbir eyni zamanda onu da təsdiq edir ki, müstəqil, qüdrətli, müasir Azərbaycan bəstəkarlıq məktəbi yaşayır, davam edir. Bu yolda mən gənc həmkarlarımıza uğurlar azrulayıram.”
Konsert proqramı böyük tamaşaçı kütləsi tərəfindən gurultulu alqışlarla qarşılanıb. Gələcəkdə də belə layihələrin təşkili və həyata keçirilməsi gənc nəslin motivasiyasında və təbliğ olunmağında böyük töhfə olacaqdır.
banner

Oxşar Xəbərlər