AZE | RUS | ENG |

Gəmiqaya ətrafındakı abidələrə həsr olunan yeni nəşr

Gəmiqaya ətrafındakı abidələrə həsr olunan yeni nəşr
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun "Gəmiqaya ətrafında arxeoloji tədqiqatlar” adlı monoqrafiyası işıq üzü görüb.

Bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunan nəşrin elmi redaktoru və ön sözün müəllifi AMEA-nın müxbir üzvü Vəli Əliyev, elmi məsləhətçisi, professor Abbas Seyidov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Bəhlul İbrahimli və Rəsul Bağırovdur.

Tədqiqat əsərində həm əvvəlki dövrlərdə, həm də son illərdə Gəmiqaya ətrafında qeydə alınan abidələr sistemli şəkildə öyrənilib, aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri elmi cəhətdən təhlil edilib, bu ərazidə yaşamış insanların həyat tərzi, məşğuliyyəti araşdırılıb və qonşu tayfalarla mədəni-iqtisadi əlaqələri göstərilib. 

Gəmiqaya ətrafındakı abidələrə həsr olunan nəşrdə Haçaqaya, Humay qayası, İlikli qaya, Zəy dərəsi və başqa yeni qeydə alınan arxeoloji abidələr haqqında da ətraflı məlumat verilib. Müəllif qeyd edir ki, Gəmiqaya abidəsinin xronoloji cəhətdən e.ə. IV-I minillikləri əhatə etməsi, onun ətrafındakı abidələrdən Haçaqayanın e.ə. III-I minilliklərə, Dəmyələrin, İlikli  qayanın, Qumluğun və digərlərinin e.ə. II-I minilliklərə aid olması, ərazidə Antik və Orta əsrlər dövrünə aid çoxlu abidələrin varlığı Gəmiqaya ətrafında insanların 6 min ildən artıq bir dövrdə müntəzəm şəkildə məskunlaşdığını göstərir.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000