• cümə, 26 Aprel, 18:50
  • Baku Bakı 22°C

“Fuad Qəhrəmanlı öz liderinin 10 il parlamentdə oturmasına münasibət bildirsin”

08.01.14 16:26 1395
“Fuad Qəhrəmanlı öz liderinin 10 il parlamentdə oturmasına münasibət bildirsin”
Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.
G. Aslanlı bildirib ki, Müsavat Partiyası yarandığı 100 il müddətində heç vaxt vəziyyətini yaxşılaşdırmaq üçün hakimiyyətlə separat danışıqlara getməyib: “Əgər Fuad Qəhrəmanlı parlamentə getməyi separat danışıqların nəticəsi sayırsa, o halda öz partiyasının liderinin və partiya liderinin müavinlərinin 10 il parlamentdə əyləşməsinə münasibət bildirsin, sonra hər hansı fikir söyləsin. Nə İsa Qəmbər, nə də partiya rəhbərliyindəki şəxslərdən heç kəs parlamentdə oturmaq haqqında separat danışıqlara getməyib. Əgər 2005-ci ildə Müsavat Partiyasından olan 4 nəfərin parlamentə getməsini nəzərdə tutursa, həmin vaxt elə AXCP sədrinin və müavinin də parlamentə getməsi haqqında qərar var idi. Sadəcə, 26 noyabr hadisələrindən sonra hakimiyyət bu qərarı dəyişdi”.
G. Aslanlı hesab edir ki, F. Qəhrəmanlı bu cür bəyanat verməklə, Müsavat Partiyası ilə AXCP arasında əlaqəni tamamilə kəsmək, körpüləri tamamilə yandırmaq xətti götürüb: “Bunu isə mən Azərbaycan müxalifəti üçün elə də uğurlu xətt saymıram. Bundan əvvəl Müsavat Partiyası və AXCP ayrı-ayrı birliklərdə olub, birlikdə fəaliyyət göstərib. Ancaq heç vaxt Müsavat Partiyasının rəhbərliyində olan şəxslərdən AXCP rəhbərliyinə qarşı bu cür iftira, şər, böhtanlar yağdırılmayıb. Bu, Fuad Qəhrəmanlının son zamanlar buraxdığı ən böyük səhv, yanlışdır”.
banner

Oxşar Xəbərlər