AZE | RUS | ENG |


Fuad İsgəndərov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının səsi daha ucadan gəlməlidir”

Fuad İsgəndərov: “Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının səsi daha ucadan gəlməlidir”
"Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı, qaçqın və məcburi köçkünlərin olması Azərbaycan üçün böyük problemdir. Biz dialoq vasitəsilə həll yolu tapmağa cəhd edirik. Lakin danışıqlar prosesinə cəlb olunmuş ölkələrin məqsədləri fərqlidir”.
 
Bu sözləri "EurActiv” portalına müsahibəsində Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov deyib.
 
Səfir bildirib ki, Ermənistan status-kvonu saxlamaq istəyir, digərləri isə bu vəziyyəti dəyişməyə çalışırlar, çünki "Şərq Tərəfdaşlığı”na üzv ölkələrdən birinin digərinin ərazisini zəbt etməsi tamamilə qəbuledilməzdir: "Fikrimcə, Avropa İttifaqının səsi bu məsələdə daha ucadan gəlməlidir. İndiyədək Avropa İttifaqı rəsmiləri və qurumları tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirən xeyli sayda qətnamələr və bəyanatlar qəbul olunub. Həm Aİ tərəfindən qəbul edilən yeni Qlobal Strategiyada, həm noyabrda keçirilmiş Xarici İşlər Şurasının nəticələrində də açıq-aşkar bəllidir ki, ittifaq Aİ-yə daxil olan və olmayan bütün ölkələrin ərazi bütovlüyü və suverenliyinə dəstək verir. Bu, bizim üçün çox önəmlidir. Digər ölkələrin nümunələrində, məsələn, Gürcüstan və Moldovada münaqişələrin həllinə Aİ birbaşa cəlb olunsa da, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində o, bu rolu oynamır. Lakin istərdik ki, Aİ-nin beynəlxalq hüquqa uyğun dəqiq mövqeyinin şahidi olaq. Sevindirici haldır ki, indi biz bunu görə bilirik”.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202