• şənbə, 27 Aprel, 06:26
  • Baku Bakı 12°C

Fransızsayağı şam yeməyi

01.03.19 20:00 540
Fransızsayağı şam yeməyi
Dünyanın 5000-dən çox aşbazı "fransızsayağı şam yeməyi” təklif etmək üçün yenə də bir araya gəlirlər. Artıq beşinci buraxılışdır ki, 150-dən çox ölkədə və 5 qitədə qeyd edilən Goût de / Good France tədbiri Fransanın xaricdəki səfirliklərini və dünya aşpazlarını bir araya toplayır.Fransız mətbəxinin mükəmməlliyini, yenilik bacarığını və bunlara bağlı dəyərləri - paylaşmağı, zövqü, məhsulların keyfiyyətinə diqqəti, yemək mədəniyyətini və ətraf mühitə hörməti tanıtmaq üçün fürsət kimi dəyərləndirilən bayram yenə də insanlara əsil fransız zövqünü yaşadacaq.
Fransa Səfirliyində keçirilən mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez Qastronomiya bayramının keçirilməsinin əsas məqsədinin fransızsayağı yaşam tərzini, yerli məhsullardan istifadəni, Fransanın mistik tərəflərini daha da önə çıxarmaqdan ibarət olduğunu bildirdi: "Bizim qastronomiyanın zənginliyi turizm sektoruna böyük təsir göstərir. Bu da ÜDM-in 7 faizini təşkil edir. 2016-cı ildə Fransaya 82 milyon turist gəlib, 2020-ci ildə bu rəqəmin 100 milyona çatacağı gözlənilir. Fransaya gələn turistlər daha çox ölkənin qastranomiyasını seçirlər”. Səfir Azərbaycan turistlərinin də Fransya böyük marağı olduğunu qeyd edərək Qastronomiya bayramının ölkəni görməyən insanlarda daha da maraq yarada biləcəyinə əminliyini ifadə etdi: "Məqəsdimiz insanların fransız təamlarını dadaraq Fransaya səfər etməyə onlara həvəsləndirmək və restoranlar vasitəsi ilə mətbəximizin zənginliyini nümayiş etdirməkdir. Bilirik ki, hazırda Azərbaycanda turizm sektoru çox dinamikdir və inkişaf edir. Bizim də bu inkişafa töhfəmiz olsun deyə, bu bayramı keçiririk. Bilirsiniz ki, xarici qonaqları cəlb etməyin əsas yollarından biri də qida zınginliyidir”. Xanım Buşez qeyd etdi ki, bayram günlərində hər bir restoranın təqdim edəcəyi mətbəxdə daha çox Azərbaycanın yerli məhsullarından istifadə olunacaq: "Azərbaycanda yüksək keyfiyyətli yerli məhsullar var. Buna görə də restoranlar bu məhsullara üstünlük verirlər”.
L”Avenue restoranının şef aşpazı Ruslan Alsevskis fransız mıətbəxini təqdim etməkdən qürur duyduğunu bildirdi: "Əminəm ki, insanlar həmişəki kimi yenə də fransız mətbəxindən zövq alacaqlar”.. "Bistro” restoranının şef aşpazı Yaqub Mahmudov fransız mətbəxinin zənginliyini önə çəkdi: "Fransız mətbəxi həmişə zənginliyi ilə diqqət çəkir. Bu baxımdan, insanlar həmişə fransız mətbəxinə maraq göstərirlər. Əminəm ki, bayram günlərində də restoranımızı təşrif gətirməklə bu təamları böyük məmnunluqla dadacaqlar”.
Tədbir iştirakçıları fransız mətbəxinin təamları ilə tanış oldular.
Qeyd edildi ki, paytaxtın beş restoranı 9-16 mart 2019-cu il tarixlərində fərqli günlərdə fransız mətbəxindən ibarət təamları təqdim edəcəklər.
Ø Şənbə 9 mart, 19.30 – Restoran «L’Avenue». Aşbaz: Ruslan Alsevskis (Neftçilər prospekti, dənizkənarı bulvar. Rezervasiya üçün: 050294 15 15)
Ø Çərşənbə 13 mart, 19.30 – Restoran «Bar Fly». Aşbaz : Tibo Bera (İçərişəhər, Böyük Qala küçəsi 41. Rezervasiya üçün: 050 449 46 16)
Ø Cümə axşamı 14 Mart, 19.30 – Restoran «Paris Bistro». Aşbaz: Yaqub Mahmudov (Zərifə Əliyeva küçəsi. Rezervasiya üçün: 012 404 82 15)
Ø Cümə 15 mart, 19.30 - JW Marriott Absheron, restoran « Fireworks Urban Kitchen».
Aşbaz: Amit Taneja (Azadlıq prospekti 674. Rezervasiya üçün: 055 268 05 48)
Ø Şənbə 16 mart, 19.30 – Dinamo Hotel, restoran «Olympia». Aşbaz: David Mottl (Zərifə Əliyeva 32. Rezervasiya üçün 012 377 20 00)
banner

Oxşar Xəbərlər