• şənbə, 27 Aprel, 07:04
  • Baku Bakı 12°C

Fransanın eks naziri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi – Azərbaycan qadınları üçün tarixi hadisədir

06.03.17 15:48 1068
Fransanın eks naziri: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi – Azərbaycan qadınları üçün tarixi hadisədir
Fevralın 21-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edildi.Bu vəzifə Azərbaycanda ötən ilin sentyabrında keçirilmiş referendumun nəticələrindən sonra yaradılıb. Bununla bağlı fikirlərini1news.az-la paylaşan fransız siyasətçi, sabiq ədliyyə naziri, hazırda isə Avropa Parlamentinin Fransadan olan deputatıRəşidə Dati deyib:
"Mehriban Əliyevanın təyini ilə bağlı qərar heç kəs üçün sürpriz deyildi. Belə ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkəsinin beynəlxalq imicinin yüksəldilməsilə bağlı onun səyləri bütün dünyada tanınır”.
"Mehriban Əliyeva ölkə rəhbərliyi ilə Azərbaycan xalqı arasında uznmüddətli əlaqə yaratmağı bacarıb. Onun hazırki vəzifəsi siyasi sabitliyi möhkəmləndirərək ölkənin inkişafı ilə bağlı birinci xanımın töhfəsini ortaya qoymaqdır”, - R.Dati yazılı müsahibəsində bildirib.
Rəşidə Dati Fransa hökumətində ilk ərəbdir ki, iki vətəndaşlığa – Fransa və Mərakeş (mənşəyi üzrə) vətəndaşlığına sahibdir. 2000-ci illərdə Dati Fransanın sabiq prezidenti Nikolya Sarkozinin məsləhətçisi, daha sonra isə onun seçki qərargahında mətbuatla bağlı nümayəndəsi olub.
"Dəfərlərlə Mehriban Əliyevanın xalqına sadiqliyinin, böyük sosial ədalətə can atmasının, ehtiyacı olanlara daha çox kömək etməsinin şahidi olmuşam. Xeyriyyəçilik sahəsindəki səylərinə görə Azərbaycanın birinci xanımı Fransanın ən yüksək mükafatına – Fəxri Legion ordeninə layiq görülüb”, - fransız siaysətçi qeyd edib.
Mehriban Əliyeva 2005-ci ildən UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Heydər Əliyev Fondunun rəhbəri olaraq Azərbaycanda, eləcə də xaricdə bir sıra məktəb və xəstəxanaların tikintisinə, eləcə də Luvr və Fransanın Versal Sarayında bir sıra obyektlərin bərpasına yardımçı olub.
Peşəcə həkim-oftalmoloq olan Azərbaycanın birinci xanımı Fonddakı işindən başqa, 2005-ci ildən ölkə parlamanetinin deputatıdır. 2013-cü ildən isə Yeni Azərbycan Partiyasının sədr müavinidir.
"O, bütün imkanlardan istifadə edərək Azərbacan xalqının potensialının inkişafına çalışır. O, öz xalqına güvənir. Hesab edirəm ki, bu səbəbdən o, xalq arasında bu cür geniş nüfuza sahibdir. Onun intellekti, humanistliyi, insanlara kömək etmək istəyi - bütün bunlar ölkə üçün böyük nailiyyətdir”, - deyə Dati sözlərinə əlavə edib.
Fransız siyasətçi müsahibəsində Azərbaycanın birinci xanımının yüksək dövlət postuna təyini ilə bağlı gender aspektinə də toxunub: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyinatı Azərbaycan xalqı, xüsusilə də Azərbaycan qadınları üçün tarixi hadisədir. Bununla da Azərbaycan bizlərə gender bərabərliyilə bağlı çox yaxşı dərs verir. Nəzərə alaq ki, bir sıra Qərb ölkələrində qadının siyasətdə yeri ilə bağlı problemlər hələ də mövcuddur. Azərbaycan isə dinlərarası münasibət və etnik qruplar kontekstində bütün dünya üçün nümunə olmağa layiqdir və olmalıdır”.
banner

Oxşar Xəbərlər