• cümə, 26 Aprel, 21:49
  • Baku Bakı 22°C

Fransanın Bakıdakı səfirliyi bayraqları endirdi

08.01.15 09:47 971
Fransanın Bakıdakı səfirliyi bayraqları endirdi
Parisdə baş vermiş terror aktı ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində bayraqlar endirilib.
APA-ya səfirlikdən verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 15.00-da səfirlik əməkdaşları hadisə nəticəsində həlak olanların xatirəsini sükütlə yad edəcəklər.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Fransa prezidenti Fransua Olland ölkədə üçgünlük matəm elan edilib.
banner

Oxşar Xəbərlər