• cümə, 26 Aprel, 20:44
  • Baku Bakı 22°C

Fransa Prezidenti sükutu pozdu

11.12.18 11:15 514
Fransa Prezidenti sükutu pozdu
"Aranızda bəzilərinizi sözlərimlə yaralamışam”, -deyə Fransa Prezidenti Emmanuel Makron ölkəni bürüyən "Sarı jilet”lər böhranından çıxmaqla bağlı söylədiyi nitqində bildirib.
AZƏRTACxəbər verir ki, Fransa Prezidenti "Sarı jilet”lərin qəzəbini sakitləşdirmək üçün 2019-cu ildən minimum əmək haqqının hər ay 100 avro artırılacağını, əlavə iş saatlarının vergi çıxılmadan ödəniləcəyini, ilin sonunda əlavə bonusun ödənilməsi və təqaüddən çıxılan ümumi sosial verginin (CSG) artmayacağını bildirib.
Prezidentin çıxışı heç də birmənalı qarşılanmayıb. Onun üç həftədir gözlənilən çıxışı istənilən nəticəni verməyib. "Fəth edilməz Fransa” hərəkatının lideri Jan-Lük Melanşon prezidentin "dövrü səhv saldığını” bildirərək, "Sarı jilet”lər aksiyasının 5–ci aktına çağırış edib.
Qeyd edək ki, "sarı jilet”lər aksiyası davam edir. Əyalətdə hələ də yolları bağlayan aksiyaçılar ölkə prezidentinin çıxışını aksiya keçirtdikləri məkanlarda izləyiblər.
banner

Oxşar Xəbərlər