Fransa Avropa dəyərlərini gözdən salır
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qurulmuş
qondarma rejimin "rəhbərliyi” Fransaya səfər edib. Hər zaman Azərbaycanla
münasibətlərə önəm verdiyini deyən, eləcə də ATƏT Minsk qrupunda vasitəçilik
həyata keçirən Fransanın qondarma rejimin rəhbərliyinə qucaq açması birmənalı
qarşılanmır. Çünki Fransa digər separatçı rejimlərin "rəhbərlərinə”
göstərmədiyi qayğını Dağlıq Qarabağda yaradılan qondarma rejimə münasibətdə
nümayiş etdirir.
Artıq məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. XİN-in bəyanatında qeyd edilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir: "Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir”.
XİN bəyan edir ki, Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək: "Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”.
Politoloq Tofiq Abbasovun sözlərinə
görə, Fransa aparıcı dünya dövlətlərindən biridir: "Ümumiyyətlə, Fransa siyasi
mədəniyyət baxımından da əsas sütunlardan biridir. Təsadüfi deyil ki, qondarma
rejimin nümayəndələri təmtəraqla ABŞ-a, Fransaya, İngiltərəyə və digər ölkələrə
gedirlər. Səs-küy salırlar, amma bu dəbdəbəli anonsların, qondarma səfərlərin
arxasında elə bir ciddi motivasiya, iş yoxdur. Onlar gözəl anlayırlar ki, piar
effekti onlar üçün daha vacib rol oynayır, nəinki təşkil olunmuş naqolay görüşlərin,
danışıqların nəticələri. Axı burada hansı nəticələr ola bilər? Bir halda ki
qondarma rejim dünya birliyi tərəfindən tanınmır”.
T.Abbasov qeyd etdi ki, belə məsələlərə istər XİN, istərsə də ölkənin siyasi rəhbərliyi çox təmkinli və siyasi cəhətdən praqmatik yanaşır: "Biz başa düşürük ki, burada əməli iş ola bilməz. Bir halda ki qondarma rejim tanınmır, imkanları, eləcə də onu himayə edən Ermənistanın özünün həmin dövlətlərlə münasibətlərdə böyük irəliləyişi, qazancı yoxdur, təbii, onda burada söhbətdən başqa bir şey mövcud deyil. Ancaq Azərbaycan siyasi cəhətdən belə məsələlərə vaxtında münasibət bildirməlidir. Necə ki, bizim siyasi rəhbərliyimiz, Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlar belə münasibətlər bildirir. Çalışırıq dünya birliyinə bildirək ki, Azərbaycan əvvəl-axır öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə də həmin ölkələr anlamalıdır ki, rəsmi Bakı ilə münasibətləri yüksək səviyyədə saxlamaq onlar üçün həm vacib, həm də əlverişlidir”.
BƏXTİYAR
Artıq məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib. XİN-in bəyanatında qeyd edilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir: "Bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış Sazişlərin dilinə uyğun davranmır, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir”.
XİN bəyan edir ki, Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək: "Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”.
Yaranmış bu vəziyyət Azərbaycan-Fransa münasibətlərinə hansı şəkildə
təsir göstərə bilər?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Azərbaycanın
işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü
təqdim edən Bako Saakyanın səfəri Fransa qanunlarına və beynəlxalq hüquqa
ziddir: "Beynəlxalq hüquqda da, hər bir ölkənin milli qanunvericiliyində də bir
terrorçunun sərbəst hərəkət etməsi, hələ üstəlik rəsmi şəxs kimi görüşlər
keçirməsi cinayət və terrorizmin təbliği kimi qiymətləndirilir. Ona görə də
Fransa Bako Saakyanın bu hərəkətlərinə göz yummaqla ikili standartlara yol
verir, terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini gözdən salır.
Bununla da gələcəkdə elə Fransanın özünün də əziyyət çəkə biləcəyi etnik separatizmi
təşviq etmiş olur. Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin
siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən
hallara göz yumur. O zaman əgər gələcəkdə Korsikadakı separatizm kimlərsə
tərəfindən dəstəklənəcəksə, Fransa günahı elə özünün yanlış siyasətində
görməlidir. Ümumiyyətlə təəssüf edilməli haldır ki, ATƏT-in Minsk qrupunun
həmsədri olan bu ölkə artıq xeyli zamandır ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminin həllində tərəfsizliyini itirməyə başlayıb. Fransanın prezidenti
Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana
üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq,
tarazlı münasibəti təmin edir. Bu günlərdə
regiona səfər edən ABŞ prezidentinin
milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli
ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi”.
H.Məmmədov vurğuladı ki, ancaq Fransa nəinki obyektiv və balanslı
siyasət həyata keçirir, tam əksinə, çox açıq şəkildə postsovet məkanındakı
münaqişələrə münasibətdə ikili standartlara yol verir: "Məsələn, Cənubi
Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə
daxil olmasına icazə verilmir. Ancaq Bako Saakyanlar bu Avropa ölkəsində
sərbəstcə dolaşır, görüşlər keçirir, ianələr toplayır. Bu yolverilməzdir. Bütün
bunlar azmış kimi, Fransanın xeyli sayda şəhəri Azərbaycanın Ermənistan
tərəfindən işğal altında saxlanılan torpaqlarındakı bəzi subyektlərlə
qardaşlaşma haqqında saziş imzalayır. Azərbaycan tərəfinin beynəlxalq hüquqa
söykənən etirazlarına isə, sadəcə, "biz Dağlıq Qarabağ adlı bir qurumu rəsmən
tanımırıq” kimi quru diplomatik ifadələrlə cavab verir. Əslində isə bütün bu
hərəkətlər Fransanın Ermənistanın işğalçılıq siyasətini və etnik separatizmi
pərdəarxası dəstəkləməsi kimi qiymətləndirilməlidir. Tərəfsizliyini itirdiyinə
görə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə
bağlı hüquqi prosedur işə salınmalıdır. Lazım gələrsə, ölkəmizdə fəaliyyət
göstərən çoxsaylı fransız şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılması
məsələləri nəzərdən keçirilməlidir. Əks təqdirdə, bu tipli gizli dəstəklər
gələcəkdə açıq müstəviyə keçməklə olduqca mənfi presedent yarada bilər ki, bu da
nəinki Azərbaycan, bütövlükdə Avropada, İspaniyada, Belçikada, İsveçrədə, Almaniyada və s. etnik separatçılığın
yenidən güclənməsinə gətirib çıxara bilər. Ona görə də Avropa İttifaqına üzv
olan dövlətlər də daxil olmaqla beynəlxalq təşkilatlar Fransanın belə sürüşkən
mövqeyinə qiymət verməlidirlər”.