• cümə axşamı, 02 may, 01:15
  • Baku Bakı 15°C

Fotoşəkil Vyanada hərracda rekord qiymətə satılıb

25.11.18 13:20 615
Fotoşəkil Vyanada hərracda rekord qiymətə satılıb
Vyanada yerləşən "Westlicht” fotoqalereyasında keçirilən növbəti hərracda müharibə mövzusunda çəkilmiş bir fotoşəkil rekord qiymətə dəyərləndirilib.
AZƏRTACxəbər verir ki, 1936-cı ildə fotojurnalist Robert Kapanın çəkdiyi "Loyalist əsgər ölüm anında" adlı fotoşəkil hərracda 144 min avroya satılıb. Fotoqalareyanın təşkil etdiyi sayca 18-ci fotohərracda indiyədək heç bir foto belə yüksək qiymətə satılmayıb.
Qalereyanın yaydığı məlumatda bildirilir ki, hərracda təklif olunan foto Nyu-Yorkda Black-Star arxivində saxlanan və çəkiləndən az sonra aşkarlanan nadir nüsxələrdən biridir. Bütün dövrlərdə müharibə mövzusunda çəkilmiş ən yaxşı fotolardan sayılan bu foto faşizmə qarşı mübarizənin simvollarından biridir.
Fotoqalareyanın mütəxəssisləri fotonun satış qiymətini 100-120 min avro arasında dəyərləndirsələr də, adının gizli saxlanmasını istəyən bir kolleksioner fotonu daha yüksək qiymətə alıb.
Qeyd edək ki, əslən macar yəhudisi olan Robert Kapaya dünya şöhrəti gətirən əsgərin ölüm anı fotosu 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi zamanı çəkilib.
banner

Oxşar Xəbərlər