• cümə axşamı, 09 may, 02:55
  • Baku Bakı 15°C

Filippinli sənətçi Fikrət Əmirovun mahnısını öyrənəcək

11.08.14 14:18 1065
Filippinli sənətçi Fikrət Əmirovun mahnısını öyrənəcək
APA-nın məlumatınsa görə, V. Musayeva Filippinin məşhur opera ifaçısı Lea Salongaya Azərbaycan mahnısını öyrədəcəyini bildirib: “2012-ci ildə “San Francisco World Music Festival”ın əsas siması kimi tərəf müqabilim İlkin Əhmədovla “Leyli və Məcnun” tamaşasında çıxış etdik. Bir müddət əvvəl isə həmin festivalın təşkilatçıları məni ustad dərsi keçməyi təklif etdilər. Qürurverici haldır ki, məşhur bir sənətçiyə Fikrət Əmirovun “Göygöl” mahnısını öyrədəcəyəm. Dərslər sentyabrdan başlayacaq və skayp vasitəsilə aparılacaq. Artıq mahnının notlarını və sözlərini göndərmişəm”.
Xanəndə onu da deyib ki, “San Francisco World Music Festival”ın çəkiliş qrupu gələn ay Bakıya gələcək və xanəndə ilə bağlı çəkilişlər aparacaq.
L. Salonganın azərbaycanlı müəllimi haqqında xarici KİV-də məlumatlar yayımlanacaq. L. Salonga “Göygöl”ü noyabrda keçiriləcək festivalda ifa edəcək.
Xatırladaq ki, L. Salonga məşhur “Mulan” cizgi filmində mahnıları səsləndirən əsas ifaçıdır.
banner

Oxşar Xəbərlər