• cümə, 26 Aprel, 14:01
  • Baku Bakı 23°C

“Fidan və Qoğal” uşaq tamaşası

15.01.18 14:00 1256
“Fidan və Qoğal” uşaq tamaşası
YARAT Freestyle və Bakı Uşaq Teatrı "Fidan və Qoğal” tamaşasını təqdim etdi. Tamaşa maraqla qarşılanıb.
"Fidan və Qoğal” tamaşasında dəcəl qızcığaz Fidan nənəsinin ona bişirdiyi Qoğalın başına gələn əhvalatları izləyir. Fidan və dostları – Nazbalıncla Yorğan evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Meşədə şahidi olduğu hadisələrdən sonra bir sıra mətləbləri anlayan Fidanın timsalında tamaşaçılara nəsihətamiz fikirlər aşılanır.
Qeyd edək ki, tamaşanın müəllifi Arzu Soltan, quruluşçu rejissor – İntiqam Soltandır. Tamaşada rolları ifa edirlər: Fidan – Türkan Şahmarlı, Baba – Qurban Əhmədov, Qoğal – Günay Pirizadə, Nazbalınc – Könül Şahbazova, Yorğan – Rəfael Muradxanlı, Dovşan – Ədalət Ağaverdizadə, Ayı – Niyaz Qasımov, Tülkü – Cavanşir Məhərrəmov.
banner

Oxşar Xəbərlər