• çərşənbə axşamı, 19 mart, 06:48
  • Baku Bakı 8°C

Fəlakətin filmi də çəkilir - Fotolar

20.06.18 12:05 1959
Fəlakətin filmi də çəkilir - Fotolar
İlin ən gözlənilən, absurd və sürpriz komediyasının çəkilişləri sona çatdı. Öz yaratdığı obrazı milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "Fəlakət” kinokomediyası tamaşaçılara təqdim olunacaq.

Fəlakətin iştirakı olan kinokomediyanın çəkilişləri 2018-ci ilin Mart-Aprel aylarında həyata keçirilib. Bu dəfə Fəlakətin yanında ənənəvi dostlarını görməyəcəksiniz. Çünki Fəlakət onları tanımır. O, gözəl, rəngarəng və maraqlı qonşularının ətrafında, sevimli məhəlləsində sakit həyat tərzi sürür. Lakin bir gün bu məhəlləni bir iş adamı sökmək istəyir, Fəlakət isə bu məsələyə birmənalı olaraq razı deyil.

Fəlakətin sevimli məhəlləsində başına gələn gülməli hadisələrin gedişiyyatını tamaşaçılar kinoteatrlarda yalnız 2018-ci ilin payızında görə biləcəklər. Filmi ərsəyə gətirmiş ARTFİLMBAKU şirkətinin rəsmisi, filmin hələ montaj-səsləndirmə prosesində olduğunu bildirib.
Qeyd edək ki, filmin Quruluşçu Rejissoru – Emil Quliyev, Quruluşçu Operatoru – Orxan Abbasov, Quruluşçu rəssamı Arif Niftiyev, İcraçı və Kreativ prodüseri Azər Aydəmir, İkinci rejissoru Çingiz Həsənov, Baş prodüseri isə Məmməd Məmmədovdur.

Rollarda isə Elşən Orucov, Azər Aydəmir, Orxan Ata, Solmaz Süleymanlı, Tural Əzizov, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov Ləman Mərrih, İqrar Salamov, Nahid Kərimli, Zaur Baliyev, Nəsibə Eldarova və başqaları çəkiliblər .



banner

Oxşar Xəbərlər