Çexiyada azərbaycanlıların milli birliyini formalaşdıran ziyalı - Fotolar
Çexiya-Azərbaycan
Mədəni Əlaqələr Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi,
texnika elmləri doktoru, professor Azər Kərimov qonağımız oldu.Müsahibimiz
1953-cü ilin dekabrın 29-da Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində, el şairi Qəmgin Fəzinin
ailəsində anadan olub. 1953-cü ildə ermənilərin mənfur siyasəti nəticəsində, ailəsi
doğma yurddan Bərdə rayonuna deportasiya olunub. 1968-ci ildəAzərbaycan Politexnik
İnstitutununinşaat
fakültəsinə qəbul olunub və 1973-cü ildə həmin institutun tikintinin
iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirib. İnstitut istedadlı məzununu
öz ocağında saxlamağa qərar versə də, o, təhsilini artırmaq üçün aspiranturanı
Moskvada davam etdirib. Tezliklə dissertasiya müdafiə edərək, elmlər namizədi -
alimlik adı qazanıb.Dosent adına
layiq görüldükdən sonra yaradıcılığındakı elmi işinin nəticələrinin qiymətini
Moskvada tapıb. Elm, texnika sahəsindəki nailiyyətlərinə görə, Lenin komsomolu
mükafatına layiq görülüb. Qeyd edək ki, o, bu mükafata institut müəllimi kimi
layiq görülən yeganə ziyalıdır.
Moskva şəhərindəki iki illik xarici dil kursu
keçdikdən sonra 1987-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici işlər
Nazirliyinin təqdimatı ilə müsabiqəyə buraxılır və 20 namizəd arasında qalib
olur. Qalibiyyət əldə etdikdən sonra pedaqoji fəaliyyətini davam etdirmək üçün
Çexoslovakiyaya göndərilir. Oradakı texniki universitetdə müəllim kimi çalışır.
Bundan sonra elmi uğurları bir-birini əvəzləyir. Belə ki, Çexoslovakiyada doktorluq
elmi dərəcəsini qazanır. Az müddətdə əldə etdiyi yaradıcılıq diapazonu və
metodiki göstəricilərinə görə, professor elmi adını alır. Ona ayrılan vaxtın
başa çatmasına baxmayaraq Çexoslovakiya Texniki Universitetinin rəhbərliyiSSRİtərəfinə Azər Kərimovun daha bir neçə il bu ölkədə
qalması xahişi ilə müraciət edib. Müsahibimiz Azər Kərimov hazırda Çexiya
Universitetlərində dərs deyən yeganə azərbaycanlı müəllimdir. Bundan başqa, Azər
Kərimov Beynəlxalq Diaspor Mərkəzinin Avropaa təmsilçisi kimi Azərbaycanın
problemlərini, ermənilərin işğalçılıq siyasətini dünya ölkələrinin nəzərinə
çatdırmaqla, böyük ictimai-siyasi fəallıq göstərir. Geniş elmi və
ictimai-siyasi fəaliyyətlə məşğul olub, ölkəmizlə bağlı həqiqətləri dünya
ictimaiyyətinə çatdırır. Altı dildə sərbəst danışır. 20 ildən çoxdur ki,
Çexiyanın qədim elm ocağı, 110 ildən artıq tarixi olan Maraviya Texniki
Universitetində müəllim işləyir. Maraviya Təhsil Komitəsinin qərarı ilə Azər Kərimov
Çexiya dövlət təhsil müəssisələri iləMDBdövlətləri
universitetlərinin əlaqəsini tənzimləyən koordinator-kurator təyin edilib. O, Avropada lobbiçiliyinin
möhkəmlənməsi işində də hərtərəfli fəaliyyət göstərir. Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının üzvüdür.
Redaksiyamızın
qonağı olan Azər Kərimov söhbətə babası Məşədi Qasım Hacı Kərim oğlu ilə
başladı. Belə ki, Məşədi Qasım öz dövründə Göyçə mahalının ən seçilmiş-sayılmış
kişilərindən biri olaraq, 1905-1918-ci illər erməni-müsəlman davasında Göyçədən
Əskəran qalasına qədər döyüş bölgələrinə rəhbərlik etmiş və Şuşada dəfn
olunmuşdur. Atası Fəzi Məşədi Qasım oğlu ustad aşıqların vətəni olan Göyçə ədəbi
mühitində böyümüş, saza, sözə böyük maraq göstərmişdir. Qəmgin təxəllüsü ilə tanına
el şairidir. Azər Kərimov da övladlıq borcunu yerinə yetirərək, atasının şeirlər
kitabını çap etdirib.
- Azər bəy, istərdik Çexiyada diaspora fəaliyyətiniz
barədə danışasınız. Ümumiyyətlə, orda yaşayan azərbaycanlılar birlik nümayiş
etdirə bilirlərmi?
- Əlbəttə.
Praqada hamımız bir-birimizi tanıyırıq. Azərbaycanın matəm günlərində və digər
özəl günlərdə bir araya gəlirik. Qarşıdan 20 Yanvar və Xoclı faciələrinin ildönümləri
gəlir. Biz hər il matəm günlərimizdə Çexiyada tədbirlər keçiririk. 20 Yanvar,
Xocalı faciəsi ilə bağlı tədbirlər qışın "oğlan çağı” vaxtlarına düşür. Gənclər
o çovğunda, qarda əllərində plakat küçələrə çıxırlar. Əllərindən gəldiyi qədər
insanlara bizim haqq səsimizi çatdırmağa çalışırlar. Biz bu yöndə əlimizdən gələn
hər şeyi edirik. Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etməyə çalışırıq,
bu hadisələrin əslində necə törədildiyini bəyan edirik. Bu yöndə gənclərimiz
bizə çox kömək edirlər. Onların qəlbində vətən sevgisi yaşayır. Bizim də fəxr
olunası gənclərimiz var, hansı ki, bu gün Çexiyada tanınmış universitetlərdə təhsil
alırlar. Diaspor olaraq da Azərbaycanın haqq səsini beynəlxalq arenada
tanıdırıq. Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycan Respublikasının
Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə
Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Texnoloji Universitetdə Qarabağla
bağlı informasiya guşəsi yaradıb. Bizim bu tip layihələrimiz saysızdır. İndi
onların hamısını bir-bir burada sadalayıb zamanınızı almaq istəmirəm.O ki, qaldı
sualınıza, diasporun formalaşmasında milli ideya, tarixi yaddaş, dini əqidə
böyük amildir. Hansı ki, bu faktorlar fərqli etnik mühitdə ərimənin qarşısının
alınmasında xüsusi rol oynayır. Assimlyasiyaya qarşı dayana bilməyən xalqlar
heç də hamısı diaspor yarada bilmirlər. Birmənalı şəkildə deyə bilərik ki, diaspor
öz xalqının mili xüsusiyyətlərini daşıyan etnik birlikdir. Fəaliyyətə
başladığımız gündən var gücümüzlə bu birliyi qorumağa çalışırıq. Hər işdə həmyerlilərimizə
dəstək olmaqla yanaşı, dövlətimizin maraqlarını həyata keçirmək ən vacib və önəmli
məsələlərdəndir.
- Çexiyada Azərbaycan
alimlərini tanıyırlarmı?
- Bizim elə
alimlərimiz var ki, onların əsərləri çexiyalı alimlərin stolüstü kitabına
çevrilib. Belə ki, arxitektura və memarlıq universitetinin müəllimi olan mərhum
Abbas Mustafayevlə çexiyalı alim, professor M.Doqnalla Brüsseldə tanış olublar.
Bu günə kimi onu istedadlı elm xadimi kimi xatırlayırlar. Tanınmış fizik Eldar
Məsumovun atom fizikası haqqında əsərləri maraqla qarşılanıb. Onun əsərlərinin əksəriyyəti
çex dilinə tərcümə olunub.
- Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin əsas
vəzifəsi nədən ibarətdir?
- Mərkəz 1998-ci
ildə yaranıb. Azərbaycandan gedən bacarıqlı tələbələr burada çalışır. Mərkəzdə
Avstriya, Belarus, Çexiya və digər ölkələrdən olan istedadlı müəllimlər fəaliyyət
göstərir. Bizim Slavyan və Texniki universitetlər, Bilik Fondu ilə müqavilələrimiz
var. Hər il Çexiyanın 3-4 universitetinin rektorunu Azərbaycana gətirirəm. Tədris
ocaqlarında görüşlər keçiririk. Tələbələrimiz var ki, çex dilini gözəl öyrənirlər.
Ümumiyyətlə, Azərbaycanın Avropaya inteqrasiyasına xidmət edən əlaqələrin əsas
işi təhsildən keçir. Azərbaycanın təhsil modeli Avropa modelidir. Çexiya-Azərbaycan
Elm və Mədəniyyət Mərkəzinin təşəbbüskarlığı və Bilik Fondunun dəstəyi ilə Azərbaycanın
tanıdılması məqsədilə tədbirlər keçirmişik. Ümumiyyətlə, bütün dünyada Azərbaycan
diasporumuzun fəaliyyəti öz nəticəsini göstərib. İndi bizi daha yaxşı tanıyır,
Azərbaycanla bağlı məsələlərə həssaslıqla yanaşırlar.
Xəyalə Rəis