• çərşənbə, 24 Aprel, 11:22
  • Baku Bakı 13°C

“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək

02.03.21 22:00 871
“Eurovision-2021” qısaldılmış formatda keçiriləcək
"Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsi online formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi və jurnalistlərin sayı ixtisar olunacaq. Mahni müsabiqəsində tamaşaçıların olub-olmaması barədə qərar isə hələ qəbul edilməyib.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə "Eurovision” müsabiqəsinin təşkilatçıları məlumat yayıb.
Yeni ssenari çərçivəsində hər bir nümayəndə heyətində iştirakçıların sayı əvvəlki müsabiqələrlə müqayisədə ixtisara salınacaq. Tədbirdə iştirak edəcək jurnalistlərin sayı isə 500 nəfərə qədər məhdudlaşdırılacaq, daha 1000 jurnalist isə müsabiqəni xüsusi mətbuat mərkəzindən işıqlandıracaq.
"Eurovision-2021” müsabiqəsinə tamaşaçıların buraxılması barədə qərar isə sonra müzakirə olunacaq. Təşkilatçılar şəraitin dəyişə biləcəyini istisna etmirlər.
banner

Oxşar Xəbərlər