AZE | RUS | ENG |

Estoniyada Azərbaycan musiqiçilərinin konserti keçiriləcək

Estoniyada Azərbaycan musiqiçilərinin konserti keçiriləcək
Mayın 16-da Tallindəki Estoniya Teatr və Musiqi Akademiyasında azərbaycanlı musiqiçilərin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, "Mədəni əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin "Estoniyada konsertlərin təşkili və Azərbaycan mədəniyyətinin təbliği” layihəsi çərçivəsində keçiriləcək konsertdə Xalq artisti, pianoçu Yeganə Axundova, skripkaçı Ümidə Abbasova, tarzən Atabəy İsmayılov, bəstəkar və pianoçu İlahə İsrafilova və pianoçu Fəqan Həsənli iştirak edəcəklər. Konsertdə Azərbaycan və Estoniya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün ilk qrant müsabiqəsini qazanıb. Məqsəd Azərbaycan musiqisini beynəlxalq aləmdə təbliğ etmək, ölkənin gənc istedadlarını tanıtmaqdır.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287