“Çernobıl” serialı

“Çernobıl” serialı "Emmi" mükafatına layiq görülüb

Mədəniyyət
23 Sentyabr 2019, 12:53 113
"Çernobıl” serialı "Ən yaxşı mini-serial” kateqoriyasında "Emmi” mükafatına layiq görülüb.  
APA-nın "gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu nominasiyaya təqdim olunanlar arasında "Dannemor həbsxanasından qaçış”, "Fossi/Verdon”, "İti əşyalar” və "Onlar bizi görəndə” serialları yer alıb. 
Qeyd edək ki, "Çernobıl” HBO telekanalının çəkdiyi 5 hissəli serialdır. Ekran işi Çernobıl AES-dəki qəzaya həsr olunub. 
Xatırladaq ki, "Emmi” ABŞ-da televiziya sahəsində təqdim edilən mükafatdır. Bu il Los-Anceles şəhərində 71-ci "Emmi” mükafatının təqdimetmə mərasimi keçirilib.