• şənbə, 27 Aprel, 06:19
  • Baku Bakı 12°C

Ermənistan Rusiyanı addım-addım özündən uzaqlaşdırır

20.08.20 19:00 838
Ermənistan Rusiyanı addım-addım özündən uzaqlaşdırır


Ekspertlər xəbərdarlıq edirlər ki, Paşinyan Yanukoviç və Akayevin aqibətini yaşaya bilər



Rusiyalı ekspert, "Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko hesab edir ki, hazırda Belarusda baş verənlərlə bir neçə il əvvəl Ermənistanda yaşananlar arasında müəyyən yaxınlıq var. Onun qənaətincə, fərq yalnız ondadır ki, Ermənistanda "rəngli”, daha dəqiq desək”, "məxməri inqilab” mahiyyət etibarilə artıq baş tutub. Baş verənlərə "Moskva-Baku” portalında analiz edən ekspert Ermənistanın mövcud durumunun ürəkaçan olmadığı qənaətindədir Belarusda baş verənləri şərh edən İqor Korotçenko hesab edir ki, bu gün onun daxili işlərinə qarışmaq cəhdi artıb: "Müxalifət lideri Tixanovskaya Vilnüsə qaçıb və oradan müsahibələr verir. Bu hadisələrin son məqsədi Lukaşenkonun devrilməsidir. Hədəf qərbyönümlü müxalifət hökumətinin qurulması və təbii ki, KTMT və Aİİ-dən, İttifaq Dövlətindən çıxmaq və ölkə ərazisində NATO bazalarının yerləşdirilməsidir. Sözsüz ki, Lukaşenko baş verənlərdə özü günahkardır. Bu səhvlərdən də istifadə etdilər. İndi də Belarusda "rəngli inqilab”ın inkişaf etməsi variantını görürük”. O ki qaldı Ermənistana – ekspert əlavə edib ki, orada rəngli, daha dəqiq ifadə etsək, "məxməri inqilab” baş tutdu: "Biz burada Sorosun nümayəndəsini görürük. Sadəcə, bu gün Belarus və Ermənistanın mövqeləri fərqlidir. Lukaşenko bu gün Rusiyaya meyillənməyə məcburdur və əgər müdaxilə olarsa, ondan siyasi və hərbi dəstə almağa ehtiyac duyur. Ermənistanda isə qərbyönümlü siyasətçi hakimiyyətdə olsa da, Moskva ilə dost münasibətlər saxlamağa məcburdur. Lakin biz başa düşürük ki, bunu etməyə onları iqtisadiyyat məcbur edir. Ermənistanın İran və Türkiyə ilə sərhədləri olmasaydı, məsələn qərb ölkəsi ilə olsaydı, onda Paşinyan tamam başqa bir addım atardı. İndi onun əsas vəzifəsi hakimiyyətdə qalmaq və maksimal dərəcədə onu zəbt etməkdir”.
Ekspert bu qənaətdədir ki, Paşinyan da bu planı Lukaşenkodan da pis formada bunu həyata keçirir. Paşinyan dövlət çevrilişini həyata keçirib, hakimiyyətdə möhkəmlənmək üçün Konstitusiya Məhkəməsini, xüsusi xidmət orqanlarını təmizləyib, qərbyönümlü şəxsləri vəzifəyə gətirib: "Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşacaqsa, o zaman onu yunan qozunun taleyi gözləyəcək - yəni, əzib suyunu çıxaracaqlar. Ardınca Ermənistan özü də dünyanın siyasi səhnəsindən itib gedəcək. Ermənistan elə bir vəziyyətdədir ki, Rusiyanın dəstəyi olmadan tək qalacaq, taleyi acınacaqlı ola bilər. Hesab edirəm ki, bunu hamı, o cümlədən Paşinyan da başa düşür. Bu səbəbdən də anti-Rusiya kursunda və əhval-ruhiyyədə Rusiya ilə dostluq məsələsində imitasiya edir”. İ.Korotçenko hesab edir ki, geosiyasət və iqtisadiyyat onun bunu etməsini məcburi edir. "Paşinyan gah sola, gah da sağa hərəkət edir. O, nəzarətində olan qərbyönümlü siyasətçiləri yerinə oturdur. Axı hazırkı, baş nazir Sorosun məhsuludur. Nikol Paşinyan sözü əsl mənasında hakimiyyətin dadını hiss etdi və bundan sonra da çarlıq etmək istəyir. Paşinyanın bütün məntiqi bu arzuya köklənib. O, bundan sonra da Rusiya ilə çalışacaq. Mənim şəxsi, ekspert nöqteyi-nəzərim odur ki, Rusiya və Ermənistanın münasibətləri sırf Moskvanın milli maraqları üzərində qurulmalıdır. Ermənistanın maraqları burada ikinci dərəcəlidir, ola bilsin lap üçüncüdür. Biz də bu məntiqdən çıxış edərək hərəkət etməliyik. Bu o deməkdir ki, əgər bizi Ermənistan ərazisindəki Amerika laboratoriyalarına buraxmayırlarsa, bu o deməkdir ki, biz buna sərt reaksiya verməliyik. Və burada sözlər kifayət etmir. Aydındır ki, Paşinyana mövqeyini dəyiş biləcək hansısa bir fəaliyyət gərəkdir. Əgər Ermənistandakı biznesinə təzyiq varsa, Rusiya addımlar atılmalıdır. Demək, Paşinyana hansısa bir kredit verilmir və sərt danışılır. Belə bir məntiq Ermənistana aid deyil, istənilən digər ölkəyə qarşı tətbiq edilir”.
Ekspert onu da qeyd edir ki, "əgər ölkənin ərazisində faşist əlaltısı Njdeyə abidə ucaldılırsa, onda demək lazımdır - sağ olun, uşaqlar. Siz silah almaq üçün ucuz kredit istəyirsiniz? Abidəni söküb dağıdın. Yerində Baqramyana heykəl qoyun. Rusiya kanallarının yayımını dayandırırsınız? Onda gedin kredit üçün ABŞ-dakı diasporun yanına. Ya da Fransaya. Qoy onlar sizə silah almaq üçün ucuz kredit versinlər. Bax, məhz bu cür danışmaq lazımdır – dilə tutmaq, narahatçılıq bildirmək yox. Rusiyada heç kim Paşinyanın nəzarəti altında olan parlamentdə Rusiya telekanallarının yayımına qadağalar tətbiq etməsinə reaksiya verməyib. Buna reaksiya vermək və tək narahatçılıq bildirmək gərək deyil. Bildirmək gərəkdir ki, sağ olun. Bundan sonra nə avtomat, nə də tank. Mən hesab edirəm ki, belə nöqteyi-nəzər reallaşsaydı, öz nəticələri verə bilərdi”.
Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının eksperti Aleksey Fenenko də hesab edir ki, Belarusdan sonra növbə Ermənistan ola bilər. "Mənim qənaətimcə, Belarus ssenarisi Ermənistanda da mümkündür. Bu ölkə növbəti "qərbyönümlü” mərkəz ola və suverenliyini itirə bilər”. Əlavə edib ki, Qərb Paşinyandan o qədər də razı deyil. "Axı, baş nazir iki əsas şərti – Ermənistanı KTMT və Aİİ-dən çıxarmayıb. Halbuki, məhz Qərb ona buna görə hakimiyyətə gəlməyə imkan verib. Şərtləri yerinə yetirməyib? Demək lideri dəyişmək gərəkdir. Buna etmək olarmı? Əlbəttə olar. Paşinyan ölkəsində çoxsaylı qərb strukturlarının işləməsini alqışlayır, rusiyapərəst kadrlar qərbyönümlülərlə əvəzlənir. Bütün bunlar dəstəklənir. Siyasilərin yeni nəsli yetişir və onlar da Paşinyana heç də sağ ol demirlər”. Onun qənaətincə, Ermənistan Rusiyanı addım-addım özündən uzaqlaşdırır. Nəticədə, Paşinyan Yanukoviç və Akayevin düşdüyü vəziyyətə düşə bilər. "Paşinyan qərbyönümlü kadrları saxlamaqla Akayevin səhvlərini təkrarlayır. Hazırda Paşinyanın hakimiyyətdən devirmək az ehtimal olunur - azı 2-3 il gərəkdir. Gənc qərbyönümlü siyasilər nəsli yetişməlidir. Ermənistan gənclərini qərbpərəst mövqeyə yönəltmək, daha çox radikallaşdırmaq gərəkdir. Mənim qənaətimcə, belə bir siyasət yürütməklə Ermənistan Qarabağ üzərində nəzarəti itirə bilər. Yerevan bunu heç cür başa düşmür. Ermənistan ərazisində NATO bazasının peyda olması imkanlarına gəldikdə - bu, mümkün deyil. Türkiyə NATO-nun üzvüdür. Hesab etmirəm ki, Ermənistan öz ərazisində Türkiyə bazasının olmasını istəyər”, -deyə ekspert fikrini tamamlayıb.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər