• çərşənbə axşamı, 19 mart, 12:40
  • Baku Bakı 8°C

Ermənistan ciddi və əsaslı dəlildən məhrumdur

24.03.18 12:20 570
Ermənistan ciddi və əsaslı dəlildən məhrumdur
"Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın Sərsəng su anbarı ilə bağlı fikirlərini Trend-ə şərh edərkən bildirib.
H.Hacıyev qeyd edib: "Ermənistan XİN nümayəndəsinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alaraq gülünc doğurur. Göründüyü kimi, onlar Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq siyasətini müdafiə etmək üçün hər hansı ciddi və əsaslı dəlildən məhrumdurlar. Maraqlıdır, bu dar düşüncəli siyasətlə kimi aldatmaq istəyirlər? Çox güman ki, yalnız və yalnız Ermənistan xalqını".
banner

Oxşar Xəbərlər