“Ermənilərin antiAzərbaycan təxribatı”
Azərbaycan cəmiyyətinin rus xalqına, dilinə və mədəniyyətinə
dövlətinə münasibəti çox unikaldır. Əksərən qərbdə, o cümlədən
yaxın qonşularımızda bizim xalqın rus xalqına münasibətinin mahiyyəti başa
düşülmür. 20 yanvarı və Qarabağ işğalını yaşamış xalqın adı hər iki hadisədə təmsilçilərinin
hallanan xalqa qarşı belə münasibəti paradoksaldır. Təbii ki, Azərbaycan tolerant xalqdır, multikultural ənənələrin
min illik tarixi var. Amma Azərbaycan cəmiyyətinin rus xalqına, dilinə, mədəniyyətinə
münasibətini tolerantlıqla izah etmək sadəcə məsələnin çox bəsit tərəfidir. Bu
daimi diqqət və qayğı tələb edən məsələdir. Azərbaycanın rəhbərliyi həmişə belə
məsələləri ciddi şəkildə dıqqətdə saxlayıb. Azərbaycanın paytaxtı Bakı şəhərində
rus pravoslav kilsələri fəaliyyət göstərir. Hətta o kilsələrdən biri Rusiyadakı
azərbaycanlıların vəsaiti hesabına tikilib. Bu məsələ o qədər ictimailəşdirilməmişdi.
Məhz populyar rus eksperti A.Duginin hesabına bu məsələ kifayət qədər ictimailəşdi.
Cənubi
Qafqaz regionunu silah anbarına çevrilməsinə icazə vermək olmaz
Yerevanda Rus pravoslav kilsəsi yoxdur. Əksinə, ermənilər
Moskvada kilsə tikiblər və bu kilsənin dini baxımdan iki statusu diqqət çəkir:
1. Ermənilər Moskvadakı kilsəni Apostol kilsəsi
adlandırır. Başqa sözlə, Rus torpağında yeganə Apostol kilsə budur.
Qriqorianlıq dininin yaradıcısının Həzrəti İsanın hansısa Apostolu ilə əlaqəsi
yalnız uydurmadır, heç bir elmi təsdiqini tapmayıb. Amma buna baxmayaraq ermənilər
özlərini məhz Rus pravoslavlığı fonunda Apostol dini kimi təqdim edirlər və
bununla da dini prizmadan ermənilərin ruslardan üstün olduğunu göstərirlər.
2. Digər status isə son dövrlərdə bu iki kilsəyə məbəd
statusunun verilməsidir. Başqa sözlə, erməni kilsəsi xristianlıq üçün müqəddəs
yerdir. Rus kilsələri üçün belə status müvafiq deyil. Ermənistanda katolik kilsəsi
var. Gümrüdə yaxınlarda tikildi. Yalnız ondan sonra Gümrüdəki rus hərbçiləri
üçün rus pravoslav dininə məxsus kiçik kilsə tikildi.
Azərbaycan Cənubi
Qafqaza birbaşa məsuliyyət daşıyır
Azərbaycan MDB-də yeganə dövlətdir ki, digər MDB
üzvü onun düşmənidir, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. MDB-də ikinci başqa bir elə dövlət yoxdur. Rusiya
ictimai-siyasi mühiti bunu nəzərə almalıdır. Ermənilər Rusiya elitasına Azərbaycanla
bağlı bütün kontekstlərdən təzyiq edirlər. Sadə missal, Rusiyanın qabağında
duran ən əsas məqsədlərdən biri II Dünya Müharibəsinin tarixinin
saxtalaşdırılmamasıdır. 9 may qələbə paradında separatçı, hətta Ermənistanın
tanımadığı Dağlıq Qarabağın bayrağını qaldırması tarixin saxtalaşdırılmasıdır.
Böyük Vətən müharibəsi dövründə Dağlıq Qarabağ adlı dövlət olmayıb. Dağlıq
Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkib hissəsi olub və Dağlıq Qarabağdan
gedən ermənilərin hamısı Azərbaycan SSR-nin vətəndaşı olaraq, Azərbaycan
SSR-nin hərbi komissarlığı tərəfindən döyüşə göndərilib. Bu faktı amerikalı,
ingilis, fransız bilməyə bilər. Amma rus mütəxəssisi ki, bilir. Erməni
separatçılarının qələbə paradında bayraq qaldırması və ona rəsmi Moskvanın belə
isti münasibət göstərməsi, cəzalandırmaması ermənilərdə Dağlıq Qarabağdakı erməni
separatizminə rəsmi Moskvanın dəstəyi kimi qəbul olunur.
Ermənilər
Rusiya elitasına Azərbaycanla bağlı bütün kontekstlərdən təzyiq edirlər
Ermənilərin Böyük Vətən Müharibəsinin tarixini
saxtaladırmasında separatçı ermənilərin bayraq qaldırması ilk fakt deyil. Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin ermənilər
tərəfindən ideallaşdırılmasını Rusiya isteblişmentinin "unutması” təsadüfi
deyilmiş. Ermənilərdən digər fərqimiz ondan ibarətdir ki, bizim millət bütün
dünyada yayılsa da, sayımız çox olsa da amma hamısı kökünə daha çox bağlıdır.
Assimilyasiyaya az məruz qalıb. Ona görə harada olmasından asılı olmayaraq daha
çox özlərinə məxsusdurlar. Ermənilər bütün dünyaya səpələniblər və bütün
dünyada özlərini yaşadıqları dövlətə daha çox bağlı kimi göstərirlər. Bu
mövzuda hədsiz çox misallar gətirə bilərik. Amma məşhur şansonye Şarl Aznavurun
fikri ən ümumiləşmiş anlayış kimi qəbul edilə bilər: "Mən fransızam, amma erməni
mənşəli fransız”. İndi belə fonda azərbaycanlıları Rusiya azərbaycanlıları,
Türkiyə azərbaycanlıları, İran azərbaycanlıları kimi qruplara bölmək xalqımızın
bütövlüyünə süni müdaxilə etməkdir.
Bəzi qonşularımız Azərbaycanın
hədsiz çox silahlanmasını məhz özləri üçün təhlükə kimi qəbul edirlər
Rusiya rəsmilərinin qarşısında moldovan-rumın kimlik
münasibətlərinin nəticələri barədə təsəvvürlər var. "ÜmumRusiya” termininin
yerində olmaması ilə bağlı deyilənlər də yanlışdır. "ÜmumRusiya” termini
Rusiyada, xüsusilə rəsmi kontekstdə kifayət qədər geniş işlənən termindir.
Rusiyanın ictimai-siyasi mühiti nəzərə almalıdır ki, Azərbaycan Cənubi Qafqazın
tərkib hissəsidir və Azərbaycan Cənubi Qafqazda baş verənlərə birbaşa məsuliyyət
daşıyır və Cənubi Qafqazın ən iri və lider dövlətidir. Biz Rusiyanın Cənubi
Qafqazdakı köklü marağını inkar etmirik. Amma Rusiyanın Cənubi Qafqazdakı
iştirakı dolayısıdırsa, Azərbaycan Cənubi Qafqaza birbaşa məsuliyyət daşıyır.
Rusiya Cənubi Qafqaza Zaqafqaziya kimi yanaşırsa, biz Qafqazın bir hissəsi, cənubu
kimi yanaşırıq. Silahlanma ilə bəzi məsələlər hal-hazırda Rusiya ilə Azərbaycan
arasında kifayət qədər ciddi müzakirə yarada bilən məsələdir. Amma Azərbaycanın
silahlanmasının da müəyyən bir həddi var. Bizim bəzi qonşularımız Azərbaycanın
hədsiz çox silahlanmasını məhz özləri üçün təhlükə kimi qəbul edirlər. Həmin
qonşumuzun fikrincə, Azərbaycanın hal-hazırda hətta avtomat silahla erməniləri
qovmağa, öz torpaqlarını işğaldan azad etməyə gücü çatır. Ona görə ən müasir
silahları, uzaq vuran silahları və yaxud ağır texnikanı qədərindən artıq alıb
yığmağa ehtiyac yoxdur. Cənubi Qafqaz regionunu silah anbarına çevrilməsinə
icazə vermək olmaz. Bu bizim köklü maraqlarımıza ziddir və dolayısı yolla eləcə
də Rusiyanın da maraqlarına ziddir.
Erməni şərəfi barədə deyilənlər
mifdən başqa bir şey deyil
Bu gün kimlərsə silah alverini Rusiyanın büdcəsinin
dolmasında bir variant kimi görə bilərlər. Amma məsələyə strateji yanaşdıqda nəzərə
almaq lazımdır ki, bu regionda digər dövlətlərin də marağı var. O cümlədən bu
gün Rusiyanın müttəfiq bildiyi dövlətlərin bu regionla bağlı tarixi və digər
münasibətləri yeni iştah formasında baş qaldıra bilər. Ona görə bu gün
Rusiyanın bu regiona silah verməsi o demək deyil ki, beş il, on ildən sonra yenə
həmin silahlar Rusiyanın maraqları istiqamətində fəaliyyət göstərəcək. Ən
yaxşısı Dağlıq Qarabağ problemini həll etməkdir. Rusiya və İran kimi
qonşularımız üçün Dağlıq Qarabağ məsələsini həll etmək bir neçə saatın işidir.
Erməni şərəfi barədə deyilənlər mifdən başqa bir şey deyil. Ermənilər indi
türkün qapısında qulluqçu işləmək üçün növbəyə dayanıblar. Dağlıq Qarabağ məsələsini
həll etməklə Cənubi Qafqaz regionunda yaranan iqtisadi aktivlikdən Rusiyanın əldə
etdiyi gəlir Rusiyanın Azərbaycana və Ermənistana satdığı silahdan əldə olunan
gəlirdən qat-qat çox ola bilər.
Ermənilərin SSRİ daxilində
dağıdıcı gücünə inamı
A.S. Qriboyedovun öldürülməsində iştirakdan üzü bəri
ermənilər Rus xalqına qarşı xəyanətlərini davam etdirilər. Cənubi Qafqazda
"Kiçik Ermənistan”ın və bunun əsasında erməni dövlətinin yaradılması, ermənilərin
Dağlıq Qarabağa köçürülməsi, Zəngəzurun Ermənistana verilməsi ermənilərin
yalnız iştahını artırdı. Moskva metrosunda partlayış ABŞ-ın xüsusi xidmət
orqanlarının ermənilərin SSRİ daxilində dağıdıcı gücünə inamı artırdı. SSRİ-nin
dağıdılması planı hazırlandı. Plan ermənilərin imkanına hesablanmışdı. Hər şey
Dağlıq Qarabağdan başlandı. Moskvadakı ermənilər Qərbin ssenarisinə uyğun Rus
xalqını elitasını antiRus planların reallaşdırılması üçün ələ aldılar.
Rusiyadakı heç bir erməni Rusiya üçün sonadək sədaqətli deyil. Bu gün "Taşir”
qrupunun başçısı S. Karapetyan Ermənistanda rus dilində olan toponimlərin erməni
toponimləri ilə əvəzlənməsi ilə məşğul olub. Bu tarixdir. Bunu silmək mümkün
deyil. S.Karapetyan xırda erməni millətçisidir və Rusiyada qazandığı pulu da təbii
ki, ermənilərin milli maraqlarına xərcləməlidir. Atdığı addımlardan başa
düşülür ki, onun ABŞ-da da, o cümlədən Gürcüstanda da kifayət qədər geniş əlaqələri
var. Ruben Vardanyan Ermənistanda ingilis dilinin inkişafına az qala yarım
milyard dollar pul xərcləyib. Amma Ermənistanda rus dilinin vəziyyəti bərbad
gündədir. Erməni mətbuatının yazdığına görə 2016-cı ilin sonlarından etibarən
Rusiyadan Ermənistana gələn transfertlərin miqdarı artır. Eləcə də Ermənistandan
ABŞ-a və Avropaya gedən transfertlərin miqdarı da artır. Belə alınır ki, Ermənistan
yenidən Rusiya pulunun qərbə ötürülməsi üçün əsas marşrutlardan birinə
çevrilib.
Ermənilərin antiAzərbaycan təxribatı
"Yukos Armeniya” və yaxud "Yukos CİS” şirkətinin fəaliyyəti
yada düşür. Məhz Aleksanyanın hesabına Ermənistanda "Yukos CİS” şirkəti təsis
olundu və bu şirkətin vasitəsilə Rusiyanın vəsaitinin 4 milyard dolları
Virciniya adalarına getdi. İndi Putin Rusiya pulunun qərbə tərəf çıxmasına
qadağa qoyub. Amma Rusiyadakı ermənilər Putinin qadağasını pozmaqla məşğuldur.
Rusiyanın Xarici İşlər və Ədliyyə Nazirlikləri çox yaxşı olardı ki, "Yukos
CİS”in Ermənistanda təsis sənədlərini araşdırsın. ÜmumRusiya Azərbaycanlıları
Konqresinin sənədlərində texniki məsələləri deyil, Rusiya rəsmilərindən kimin nə
qaydada "Yukos CİS” in təsisinə icazə verdiyini araşdırsın. Baş verənlər
açıq-aşkar göstərir ki, bu ermənilərin antiAzərbaycan təxribatıdır. Amma təkcə
antiAzərbaycan təxribatı deyil. Əslində ermənilər Azərbaycana qarşı mübarizə
aparmaq adı ilə əksərən Rusiyaya qarşı mübarizə aparırlar. Ona görə Rusiyadakı
ermənilərin son təxribatları həm də qatı antiRusiya təxribatlarıdır.
Rusiya kimi nəhəng
qonşumuzla problem yaratmaq bizim maraqlarımıza uyğun deyil
Rusiyada ermənilər güclüdür. Bunu biz bilirik. Amma
bütün bunlara baxmayaraq müstəqil Azərbaycan həmişə Rusiya ilə münasibətləri
normallaşdırmağa çalışıb. Rəsmi Bakının Rusiya istiqamətində irəli sürdüyü təkliflər
V.Putin prezident olduqdan sonra reallaşdı. Putin MDB-də ilk səfərini məhz Azərbaycana
etdi. V.Putinin ilk səfəri zamanı Şəhidlər Xiyabanında diz çökməsi bütün Azərbaycan
xalqının müsbət emosiyasına səbəb oldu. Biz onunla əsaslandıra bilirik ki, 20
yanvarı, Dağlıq Qarabağ işğalını yaşamış Azərbaycan xalqı niyə görə rus xalqına
belə yaxşı münasibətdədir. Putinin o addımı Rusiya-Azərbaycan münasibətlərini
yüz illər boyu müəyyənləşdirmək potensialına malikdir. Azərbaycan hakimiyyəti tərəfindən
də atılan bütün addımlarda - beynəlxalq, regional siyasətdə həmişə Rusiya amili
nəzərə alınır. Bizim siyasət balans siyasətidir. Müstəqil siyasət aparmaq üçün
intellektual, siyasi, iqtisadi imkanı olan xalqıq, dövlətik. Ona görə heç bir
qonşu ilə, heç bir region dövləti ilə, xüsusilə Rusiya kimi nəhəng qonşumuzla
problem yaratmaq bizim maraqlarımıza uyğun deyil. Azərbaycanın kənd təsərrüfatı
və iqtisadiyyatının bəzi sektorları uzunmüddətli Rusiya istiqamətində qurulur.
O baxımdan Rusiya ilə münasibətlər Azərbaycan üçün geosiyasi, siyasi, iqtisadi
və regional kontekstdə yalınız pozitiv anlamdadır.
Şimali Qafqazda sabitliyin
iki qarantından biri Azərbaycan dövlətininvə xalqının güclü olmasıdır
SSRİ dağıldıqdan sonra Rusiyanın Şimali Qafqazında
uzun müddət gərginlik var idi. O zaman həm Rusiya, həm də Azərbaycan dövlət
olaraq zəif idilər. Azərbaycan və Rusiya dövlət olaraq gücləndikdən sonra
Şimali Qafqazda destruktiv, neqativ proseslərin qabağı alındı. Bu gün Rusiya
dövləti Şimali Qafqaza kifayət qədər vəsait ayırır. Amma Şimali Qafqaz
Rusiyanın siyasi, maliyyə resurslarının qara dəliyinə çevrilib. Bu kontekstdə
Azərbaycanın dövlət olaraq zəifləməsi Şimali Qafqazda yenidən əvvəlki proseslərin
baş qaldırmasına şərait yarada biləcək. Şimali Qafqazda sabitliyin iki
qarantından biri Azərbaycan dövlətinin və xalqının güclü olmasıdır. Bu isə iki
xalq, iki dövlət arasında çox özəl, unikal münasibətləri diktə edir. Bu münasibətlər
isə Rusiyada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan rusların hesabına
daha möhkəmlənir. Rusiyadakı azərbaycanlıların mövqeyinin güclü olması hər iki
dövlət arasında onların körpü rolunun güclü olması anlamındadır. Rusiyanın bəzi
rəsmiləri ermənilərin tələsinə uymamalıdır. Rusiya-Azərbaycan münasibətlərinin
dinamik artan inkişafından ən çox narahatlıq keçirən Ermənistan və dünya erməniləri
idi. Çünki Azərbaycan torpaqlarını işğal altında saxlamaqda ermənilərin ən əsas
dayağı Rusiya ilə münasibətləri idi. Ermənilər Rusiya ilə münasibətlərini bütün
qərb dünyasına, digər dövlətlərə nümayiş etdirərək məhz həmin dövlətlərin
Dağlıq Qarabağ probleminin həllində iştirakını əngəlləyə bilmişdi. Rusiya-Azərbaycan
münasibətləri yaxşılaşdıqca Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyiş
yaranır. Bu isə erməniləri qorxudur. Ona görə ənənəvi, eləcə də digər yeni
metodları işə salmaqla Rusiyanın elitasına yol tapırlar.
Rusiya-Azərbaycan münasibətləri
necə olacaqsa regiondakı proseslər də o istiqamətdə gedəcək
Rusiya Ermənilər İttifaqının, eləcə də Ümumdünya Erməniləri
Konqresinin sədri A.Abramyanın 60 illik yubileyinə Rusiya elitasının
yığışmasına yalnız bu kontekstdən yanaşa bilərik. Hətta prezident V.Putinin ən
yaxın ətrafı Putinin adından A.Abramyana təbrik təşkil edə bildilər. A.Abramyan
kiçik oğruluğu böyük oğruluğa çevirməyi bacarmış adamdır. Dərin intellektli, tərbiyəsi
olmayan bir şəxsin Rusiya elitasında belə yüksək qarşılanması, eləcə də həmin tədbirdə
Dağlıq Qarabağ separatçılarının liderinin də dəvət olunması əslində bu göstərir
ki, Rusiyadakı ermənilər, o cümlədən A.Abramyan kimilər daha yeni qüvvə ilə
Rusiya-Azərbaycan münasibətlərini korlamağa başlayıb. Rusiya-Azərbaycan münasibətlərinin
ağır dövrü də olub. Amma Azərbaycan həmin ağır dövrdə ermənilərin güclü təsiri
altında olan Rusiyanın təzyiqlərindən yayına bilib. Rusiyanın blokadasını yara
bilib. Azərbaycan məhz həmin dövrdə "Əsrin müqaviləsi”ni imzaladı.
Bakı-Tbilisi-Ceyhanı tikdi, digər qlobal miqyaslı layihələr reallaşdırdı və pul
qazanıb. Varlı Azərbaycan bu gün Rusiyanın daha çox müttəfiqidir. Ermənistan həmişə
konfliktogenliklə məşğul olub, SSRİ-nin dağılmasında ermənilər ABŞ-ın əlində alət
oldu. O cümlədən Rusiya elitasını da bu yola çəkə bildilər. Ermənilər indi də həmin
yolu gedirlər. Bir qrup rus rəsmisini ələ almaqla Rusiyanın MDB məkanındakı
siyasətinə ciddi zərbə vurmaq, hətta yeri düşsə Rusiyanı daxildən parçalamaq.
Rusiya ilə Azərbaycan
arasında bir-birini qarşılıqlı tamamlayan siyasətin alternativi yoxdur
Ermənilərin Suriya üzrə siyasətini və bu istiqamətdə
Putinin təklifini rədd etməsi proseslərini yada salmaqla müasir Ermənistan rəhbərliyinin
kim olduğunu, Rusiyaya qarşı hansı münasibətdə olduğunu aydın şəkildə görmək
olar. Ermənistanın prezidenti S.Sərkisyan Rusiya prezidenti V.Putini üç dəfə
açıq şəkildə inkar edib. Rusiya erməniləri bircə dəfə də president S.Sərkisyana
bu barədə irad bildirməyiblər. Bu məsələni ümumiyyətlə aktuallaşdırmayıblar.
Amma Azərbaycan tərəfindən Rusiyanın ünvanına bircə dəfə də olsun belə addım
görünməyib, görünməsi də mümkün deyil. Ermənistanın, da eləcə də regionun digər
dövlətlərinin də bu gün taleyi Rusiya-Azərbaycan münasibətlərindən asılıdır.
Rusiya-Azərbaycan münasibətləri necə olacaqsa regiondakı proseslər də o istiqamətdə
gedəcək. Rusiya-Azərbaycan münasibətlərinin necəliyi Türkiyə və İranın Rusiyaya
münasibətini müəyyənləşdirəcək. Rusiyanın Yaxın Şərq regionundakı siyasətində
uğurunun uzun müddətliliyi Rusiya-Azərbaycan münasibətlərinin necəliyindən
asılıdır. Bütün bunlar iki xalq, iki dövlət arasındakı münasibətlərin uzun müddət
çox uğurlu şəkildə inkişafını tələb edir. Rusiya ilə Azərbaycan arasında
bir-birini qarşılıqlı tamamlayan siyasətin alternativi yoxdur.
Mübariz
Əhmədoğlu
Siyasi
İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq