AZE | RUS | ENG |

Ermənilər Azərbaycan-İran dəmir yolunun işə salınmasından təşvişə düşüblər

Ermənilər Azərbaycan-İran dəmir yolunun işə salınmasından təşvişə düşüblər
“1in.am” : “Azərbaycan yoxsullaşan və boşalan Ermənistan üçün təhlükəyə çevrilir”

İşğalçı siyasəti nəticəsində bütün regional layihələrdən təcrid olunan Ermənistan daha bir fiasko ilə üzləşmək üzrədir. Bakı-Tbilisi-Qars kimi nəhəng dəmir yolunun reallaşmasının ardınca, daha bir irimiqyaslı nəqliyyat layihəsi - Azərbaycan-İran dəmir yolu layihəsi reallaşmaq üzrədir. Erməni mediası həyəcanla yeni bir layihə ilə ölkənin təcrid vəziyyətinə düşdüyünü yazır. Bu materiallarda əsas xətt kimi ölkə rəhbərliyinin yarıtmaz siyasəti qabardılır. Daha çox da qeyd edilir ki, bu kimi layihələr ölkənin onsuz da ağır olan iqtisadi durumunu daha da çətinləşdirəcək.
 
 
Məsələn, erməni cəmiyyətində xüsusi çəkisi olan "1in.am” portalında yerləşdirilən materialda müəllif Sarqis Arçruni yazır ki, fevralın 8-də Rusiyadan taxta məhsulları ilə yüklənmiş  altı vaqondan ibarət birinci test qatarı Astara-Astara dəmir yolu ilə İrana çatıb. Bu dəmir yolu Azərbaycan və İranın dəmir yollarını inteqrasiyasını nəzərdə tutur. Dəmiryolunun tam miqyas ilə işə düşməsi bu ilin martına nəzərdə tutulub. "Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun rəsmi olaraq bu ilin mart ayında, iki ölkənin rəsmi şəxslərinin iştirakı ilə açılması nəzərdə tutulub. Dəmir yolunun uzunluğu 10 km. təşkil edir, bunun 8 km-i Astaradan İran sərhədinə qədər olan ərazidir. 2 km isə sərhəddən İranın Astara şəhərinə qədər olan məsafədir. Bu dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamı və "Şimal-Cənub” layihəsinin bir hissəsidir. Bu layihə hesabına Rusiya, Azərbaycan və İran dəmiryolları sisteminin inteqrasiyası reallaşır. İranın rəsmi İRNA agentliyi bununla bağlı diqqət çəkən bir xəbər yayımlayıb”, - deyə erməni nəşri yazır. Daha sonra vurğulanır ki, Bakı, Moskva və Tehran Azərbaycanın Astara şəhərindən Moskvaya doğru sərnişin qatarının işə düşməsi ilə də bağlı aktiv danışıqlar prosesinə start veriblər. İran dəmir yolunun beynəlxalq işlər üzrə baş direktoru Abbas Nəzəri bildirib ki, regionun bütün ölkələri artıq üçtərəfli ambioz layihə barədə məlumatlandırılıblar. Nəzəri bildirib ki, Avropa ölkələri də Astara-Astara dəmir yolu dəhlizinə böyük maraq göstərirlər. Onlar bu nəqliyyat dəhlizi ilə məhsullarının Fars körfəzi ilə Hindistana çatdırılacağına ümid edirlər. Erməni müəllif narahatçılığını gizlətmir ki, bununla da regionda Azərbaycan, İran və Rusiyanın iştirakı ilə yeni perspektivli əməkdaşlıq platforması formalaşdırılır və bu əməkdaşlıq formatı üç ölkə prezidentlərinin zaman-zaman keçirilən sammitləri ilə güclənməkdədir. "Azərbaycanın böyük və mərkəzi önəm verildiyi bu layihə ilə Ermənistanın siyasi və iqtisadi cəhətdən izlolyasiyası daha da güclənmiş olur. Bakının rəsmi dairələri istisna etmirlər ki, "Şimal-Cənub” layihəsi onlar üçün tək iqtisadi baxımdan deyil, həm də siyasi kontekstdə cəlbedicidir. Çünki, bu layihə ilə Ermənistan regional əməkdaşlıqdan kənarda qalmış olur. Ən diqqət çəkən məqam odur ki, bu cür qlobal proqramlar Ermənistanın İran üçün getdikcə daha az cəlbedici bir ölkəyə çevrilməsinə gətirib çıxarır. İran artıq Avropa və Rusiya bazarlarına alternativ çıxış yollarını Azərbaycan vasitəsilə həyata keçirməyə başlayır”, - deyə müəllif yazır. Məqalədə daha sonra qeyd edilir ki, Tehranda son illər ərzində dəfələrlə bəyan edilib ki, qlobal kommunikasiya layihələrində Ermənistanı əhəmiyyətli tərəfdaş hesab edirlər: "Lakin bizim hakimiyyətin reaksiyası yumşaq ifadə etsək, adekvat deyil. Tehran isə oturub uzun müddət gözləyə bilməz ki, Yerevan nə vaxt Rusiyanın təzyiq və qadağalarını üstələməyə müvəffəq olacaq”.
 
 
Müəllif daha sonra Ermənistan üçün alçaldıcı formada damğa kimi yapışdırılan statusa toxunub. Yazar qeyd etməsə də, yəqin ki, bu ölkəyə Rusiya tərəfindən damğa kimi vurulan "forpost” kəlməsini nəzərdə tutur. "Nəticədə bizim ölkə özünün bir subyekt kimi funksiyasını itirmiş olur. Bütün inteqrasiya layihələrindən məhrum olmuş oluruq. Digər tərəfdən, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində pat, dalana dirənmiş vəziyyətə düşmüş olur. Bu həm də Azərbaycan və Ermənistanın iqtisadi göstəricilərinin, demoqrafik statistikası deməkdir. Dağlıq Qarabağ münaqişəsi, sərhədlərin qapalı qalması Ermənistanın Rusiyadan asılılığını gücləndirir, onun iqtisadiyyatını boğur, inkişaf resurslarından məhrum edir. Bu kontekstdə Azərbaycan mahiyyət etibarilə bütün regional layihələrin başlıca aktoruna çevrilir. Bu isə iki ölkənin iqtisadiyyatlarının qeyri-bərabər inkişafına gətirib çıxaracaq. Və sözsüz ki, Ermənistanın xeyrinə yox. Milyardlarla dollar mənfəət əldə edən Azərbaycan yoxsullaşan və boşalan Ermənistan üçün təhlükəyə çevrilir. Bu aksiomatik faktın qəbul edilməməsi - bizim dövlətin, siyasi sistemin irrasionallığından, qeyri-adekvatlığından xəbər verir. Ermənistan hakimiyyət orqanlarının effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, əksinə, rasional kompromislər əsasında münaqişənin tez bir zamanda həllinə söykənməlidir. Zaman gözləmir və bu, Ermənistanın xeyrinə işləmir. Danışıqlar prosesindən maksimum nəticə əldə etmək üçün hadisələri ayıq başla qiymətləndirmək gərəkdir”, - deyə müəllif sonda bildirib.
Xatırladaq ki, rəsmi Yerevan son vaxtlara iddia edirdi ki, İranla Ermənistan bir sıra irimiqyaslı layihələr reallaşdırmaq üzrədirlər. Lakin bütün bunlar elə bəyanat olaraq qaldı. Birincisi, bunu həyata keçirmək üçün hərbi xuntanın maliyyəsi yoxdur. İkincisi, İran üçün iqtisadi cəhətdən Azərbaycanla layihəni həyata keçirmək daha mənfəətli və sərfəlidir. İran-Ermənistan dəmir yolunun çəkilişi isə iqtisadi baxımdan da əlverişli deyil. Ermənistanın ixrac potensialı sıfır səviyyəsindədir. Bu ölkə İran malları üçün bazar olsa da, böyük və gəlirli bazar hesab edilə bilməz. Ermənistanda iqtisadi vəziyyət bərbad haldadır, əhalinin alıcılıq qabiliyyəti həddən artıq aşağıdır. Digər tərəfdən, bu ölkədəki strateji sahələr başqa dövlətlərin əlindədir. Yəni, orada sərmayə yatırılacaq sahə qalmayıb. İran tacirlərinin Yerevanda mağaza açmasını isə geniş ticarət əlaqələrinin mövcudluğu kimi qələmə vermək sadəlövhlükdən başqa bir şey deyil. İranın Baş Dövlət Gömrük İdarəsinin məlumatına görə, İrandan məhsul idxal edən ölkələr arasında birinci yerdə İtaliya, ikinci yerdə isə Azərbaycan gəlir. Ermənistan isə beşinci yerdədir. Bu ölkə İrandan cəmi 160 milyon dollardan bir qədər artıq məhsul idxal edib. Halbuki əvvəllər İrandan məhsul idxalına görə, Ermənistan İtaliyadan sonra ikinci yerdə idi. Bu vəziyyət Ermənistan iqtisadiyyatının dərin böhran içində olduğunu göstərməklə yanaşı, əhalisinin alıcılıq qabiliyyətinin də olmadığını ortaya qoyur.
Beləliklə, geniş iqtisadi əməkdaşlıq üçün Ermənistanın potensialı yoxdur. Digər tərəfdən, bu dövlətin müstəqil siyasət apara bilməməsi, qonşularına qarşı əsassız ərazi iddiaları, uydurma soyqırımını təbliğ etməsi bütün qonşuları ilə əlaqələrinin inkişafına mane olur.
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191