AZE | RUS | ENG |

Ərdoğan Türkiyə vətəndaşlarını milli valyutaya etibar etməyə çağırdı

Ərdoğan Türkiyə vətəndaşlarını milli valyutaya etibar etməyə çağırdı
Türkiyə vətəndaşları və investorları Türkiyə lirəsinə etibar etməlidir.

Trend-in məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyədə özəl sektor lirə ilə möhtəkirliyə qarşı fəal mübarizə aparmalıdır: "Özəl sahibkarlar istehsalı artırmalıdır, bu, ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək”.

R.T.Ərdoğan bildirib ki, 2019-ci ildə Türkiyə milli valyuta ilə bağlı problemi tam həll edəcək.

O əlavə edib ki, daşınmaz əmlak satışı və kirayəsi üzrə hesablaşmaları milli valyutaya keçirmək qərarı da iqtisadiyyata müsbət təsir göstərəcək.

Bundan başqa, Türkiyə Prezidenti Mərkəzi Bankın faiz dərəcəsini yüksəltmək qərarını da kəskin tənqid edib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163